• 3 İyun 2020
  • Dollar: 1.7 , Avro: 1.9001 , Rus rublu: 0.0259 Türk lirəsi: 0.2903

Teymur Rəcəbov İddiaçıların Turnirinin ilk turunda çinlilərlə oynamayacaq

14:57 06/02/20 | İdman

Şahmat üzrə İddiaçıların Turnirinin püşkatmasının detalları açıqlanıb. FİDE-nin müəyyənləşdirdiyi qaydaya əsasən eyni ölkədən olan şahmatçılar ilk turlarda qarşılaşacaq.

Bu, təmsilçisi ikidən çox olan ölkələrə - Çin və Rusiya qrossmeysterlərinə şamil olunacaq. Asiya ölkəsinin şahmatçıları Din Lirenlə Van Hao I turda və ikinci dövrənin startında, yəni VIII turda üz-üzə gələcək.

Rusiyalılar Aleksandr Qrişuk, Yan Nepomnyaşi və Kirill Alekseyenko arasında qarşılaşmalar ilk üç tura təsadüf edəcək. Rusiya duelləri 1-3 və 8-10-cu turlarda gerçəkləşəcək.

Bu isə o deməkdir ki, Azərbaycan təmsilçisi Teymur Rəcəbov ilk turda Çin idmançısı ilə qarşılaşmayacaq. Lakin o, rusiyalılardan biri ilə üz-üzə gələ bilər.

Qeyd edək ki, martın 16-dan aprelin 4-dək Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək turnirdə çinli və rusiyalılarla yanaşı, Fabiano Karuana (ABŞ) və Aniş Giri (Niderland) də T.Rəcəbovun rəqibləri olacaq.

1141 obyektdə sanitar-epidemioloji tələblər pozulub



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?