• 31 Mart 2020
  • Dollar: 1.7 , Avro: 1.909 , Rus rublu: 0.0262 Türk lirəsi: 0.3049

Azərbaycan millisi FİFA reytinqində mövqeyini qoruyub

14:32 20/02/20 | İdman

Milli komandaların FİFA reytinqi açıqlanıb. 2020-ci ilin ilk cədvəlində ciddi dəyişikliklər olmayıb.

Bu da hesabat dövründə yığmaların iştirakı ilə az sayda matç baş tutması ilə əlaqədardır. Azərbaycan milli komandasının da mövqeyi dəyişməz qalıb.

Baş məşqçisiz qalan yığmamız hesabat dövründə heç bir matça çıxmayıb. Komandanın hesabında 1177 xal var. Millimiz ötən ay olduğu kimi 114-cü pillədə qərarlaşıb.

Cədvəlin üst pillələrində də dəyişiklik baş verməyib. Belçika 1765 xalla 1-ci, Fransa 1733 xalla 2-ci, Braziliya 1712 xalla 3-cü pillədəki yerini qoruyub. Qonşu Türkiyə millisi 1494 xalla yenə 29-cudur.


Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?