• 31 Mart 2020
  • Dollar: 1.7 , Avro: 1.909 , Rus rublu: 0.0262 Türk lirəsi: 0.3049

Bakının Baş planının yekun layihəsi hazırlanır

16:10 21/02/20 | Sosial

Hazırda Bakı şəhərinin Baş Planının hazırlanması işinin ikinci mərhələsi həyata keçirilir.

Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma və ərazilərin inkişafı şöbəsinin müdiri Ramiz Babayev bu gün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hazırda Bakı şəhərinin Baş Planı hazırlanır və müvafiq dövlət qurumları ilə birgə işçi komissiya yaradılıb: "Həmin komissiyada da Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə əməkdaşlıq edilir. Baş Planla bağlı qeyd etmək lazımdır ki, iş artıq ikinci mərhələdədir. Birinci mərhələdə 4 prioritetdən ibarət Bakının İnkişaf Konsepsiyası hazırlanıb. Həmin prioritetlərdən biri də şəhər və ətraf mühitinin regenerasiyası, ərazilərdən səmərəli istifadə və əhalinin rahat yaşayışının təmin edilməsidir".

R.Babayev qeyd edib ki, ikinci mərhələdə Baş Planın yekun layihəsi hazırlanır. Layihə bu ilin sonunadək müvafiq qurumlarla razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim ediləcək. Bu mərhələdə də ETSN ilə əməkdaşlığı davam etdiririk".

Şöbə müdiri bunu da əlavə edib ki, beynəlxalq praktikaya əsasən, şəhərlərdə yaşıllıq örtüyü əhalinin sayı və məskunlaşma ərazisinə görə müəyyən edilir: "Bu gün ETSN tərəfindən yaşıllıq sahələrinə nəzarət edilməsi üçün yaradılan elektron və vizual məlumat bazası Baş Planın hazırlanmasında faydalı olacaq. Belə ki, Bakının inkişaf perspektivində yaşıllıq ərazilərinin genişləndirilməsinə xüsusi diqqət yetiriləcək. Məlumat bazasının yaranması məlumat mübadiləsi işində, həmçinin Komitə olaraq şəhərsalma sənədlərinin hazırlanmasında xüsusi əhəmiyyət kəsb edəcək".


Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?