• 31 Mart 2020
  • Dollar: 1.7 , Avro: 1.909 , Rus rublu: 0.0262 Türk lirəsi: 0.3049

MSK iki məntəqədə səsvermənin nəticələrini ləğv etdi

16:50 21/02/20 | Siyasət

Mərkəzi Seçki Komitəsinin (MSK) bu gün baş tutun iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 91 Ucar seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

İclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə bir sıra seçki məntəqələrində seçki prosesinin pozulduğu qeyd edilib.

MSK katibi Arifə Muxtarovanın sözlərinə əsasən, araşdırmalar zamanı həmin dairə üzrə baş verildiyi iddia edilən pozuntu halları yalnız 18 və 38-ci seçki məntəqələrində öz təsdiqini tapıb.

O bildirib ki,18 və 38-ci seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsi üçün hüquqi əsaslar yaranıb. O, həmin məntəqələr üzrə səsvermənin nəticələrinin əsassız sayılmasını təklif edib.

Təklif səsə qoyularaq qəbul edilib.


Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?