• 31 Mart 2020
  • Dollar: 1.7 , Avro: 1.909 , Rus rublu: 0.0262 Türk lirəsi: 0.3049

Heydər Əliyev Fondu Rauf Babayevin müalicəsi ilə bağlı məsələləri nəzarətə götürüb

18:40 25/02/20 | Mədəniyyət

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən məşhur “Qaya” qrupunun üzvü, “Qaya” Dövlət Ansamblının bədii rəhbəri Rauf Babayevin müalicəsi ilə bağlı məsələləri Fond öz nəzarətinə götürüb.

R.Babayev fevralın 23-də axşam saatlarında ürək çatışmazlığı diaqnozu ilə Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutuna yerləşdirilib.

Bu gün Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Kordiologiya İnstitutuna gələrək R.Babayevi ziyarət edib. A.Ələkbərov Xalq artistinin səhhəti ilə maraqlanıb. Bunun ardınca Rauf Babayev xüsusi təchiz edilmiş ambulansla Mərkəzi Klinik Xəstəxanaya köçürülüb.

Artıq onun müalicəsi Heydər Əliyev Fondunun rəhbərliyinin nəzarəti altında Mərkəzi Klinikada davam etdiriləcək.


Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?