• 31 Mart 2020
  • Dollar: 1.7 , Avro: 1.909 , Rus rublu: 0.0262 Türk lirəsi: 0.3049

Bakıda növbəti bal yarmarkası keçiriləcək

15:46 26/02/20 | İqtisadiyyat

Bu ilin sentyabr ayının sonu – oktyabr ayının əvvəlində Bakıda növbəti bal yarmarkası təşkil olunacaq.

Bunu Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.

Onun sözlərinə görə, yarmarkanın keçirilməsi ilə bağlı "Aqrar Tədarük və Təchizat" ASC ilə müzakirələr aparılıb: "Yarmarkaya hazırlıq işlərinə artıq start verilib. Bu istiqamətdə görüləcək işlər çərçivəsində yarmarkanın keçiriləcəyi yeri təyin olunacaq və bir sıra yeni qaydalar hazırlanacaq. Biz tərəfdən artıq müvafiq təkliflər irəli sürülüb və bu təkliflər həm Assosiasiya, həm də "Aqrar Tədarük və Təchizat" tərəfindən müzakirə olunacaq".

Assosiasiya sədri əlavə edib ki, yarmarkada iştirak qaydalarının təkmilləşdirilməsi məqsədilə müəyyən dəyişikliklər gözlənilir ki, bu barədə qərar yekun müzakirələrdən sonra veriləcək.


Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?