• 31 Mart 2020
  • Dollar: 1.7 , Avro: 1.909 , Rus rublu: 0.0262 Türk lirəsi: 0.3049

Bakı və Abşeronda toz dumanı müşahidə olunur

17:18 26/02/20 | Sosial

Hazırda Bakı və Abşeron yarımadasında toz dumanı müşahidə olunur.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyin Ətraf Mühit üzrə Milli Monotorinq Departamentinin direktoru Ramal Bağırov bildirib.

O deyib ki, hazırda Bakı və Abşeron yarımadasında müşahidə olunan toz dumanı lokal xarakter daşıyır. Buna səbəb dünənki külək nəticəsində atmosferin yuxarı qatına qalxmış tozun səhər saatlarında müşahidə olunan duman və nisbi rütubətin yüksək olması ilə əlaqədar atmosferin aşağı qatına enməsidir.

R.Bağırov qeyd edib ki, hazırda tozun miqdarı sanitar normadan 2.6 dəfə çoxdur. Tozlu hava şəraitinin günün sonunadək müşahidə olunacağı ehtimal olunur.


Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?