• 10 Aprel 2020
  • Dollar: 1.7 , Avro: 1.9145 , Rus rublu: 0.0262 Türk lirəsi: 0.2985

Sosial şəbəkələrdə koronavirusla əlaqədar həqiqəti əks etdirməyən məlumatlar yayılır - Təhsil naziri

11:53 11/03/20 | Gündəm

Əfsuslar olsun ki, son günlərdə sosial şəbəkələrdə koronavirusla əlqədar tədrisin dayandırılması ilə bağlı həqiqəti əks etdirməyən, heç bir mənbəyə əsaslanmayan məlumatlar yayılır. Ona görə də mən hazırkı şəraitdə hər kəsə yalnız rəsmi məlumatlara inanmağı tövsiyə edirəm.

Bunu Təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir hesab edir ki, ölkədə koronavirusla əlaqədar yaranmış vəziyyət qısa müddət ərzində düzələcək:

“Əminəm ki, bu müddət uzun çəkməyəcək və bu müddət ərzində hər kəs öz vəzifəsini yerinə yetirməklə ölkəmizdə vəziyyətin tam qısa müddətdə düzəlməsinə öz töhfəsini verə biləcək. Bu müddətdə şagirdlər hazırkı boş vaxtlarından düzgün sərf edərək elektron təhsil resurslarından istifadə etməklə proqramı təkrarlaya bilərlər. Şagirdlərə yeni mövzuları öyrənərək mənimsəməyi də tövsiyə edirəm”.

Nazir koronavirus təhlükəsindən qorunmaq üçün şagirdlərə gigiyenik qaydalara əməl etməyi, qapalı məkanlara çox getməməyi də tövsiyə edib.


Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?