• 9 Aprel 2020
  • Dollar: 1.7 , Avro: 1.9151 , Rus rublu: 0.0262 Türk lirəsi: 0.2991

KTM-ə yerləşdirilən 46 azərbaycanlının heç birində koronavirus aşkarlanmayıb

13:33 17/03/20 | Gündəm

Bu vaxta qədər 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) koronavirus şübhəsi ilə yerləşdirilən Azərbaycan vətəndaşlarının heç birində virus aşkar edilməyib.

Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, hazırda 9 nəfər stasionar karantin şəraitində saxlanılır:

"Koronavirus xəstəliyi yayılandan bu vaxta qədər mərkəzə 46 nəfər Azərbaycan vətəndaşı gətirilib. Onlardan heç birində koronavirus aşkar edilmədiyi üçün 37-si evə buraxılıb, 9 nəfər isə karantindədir".

Qeyd edək ki, hazırda xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altında olan bütün aktiv koronavirus xəstələrinin müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

Azərbaycan koronavirusla mübarizə aparmaq üçün kifayət qədər dərman və tibbi ləvazimat ehtiyatlarına malikdir.


Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?