• 10 Aprel 2020
  • Dollar: 1.7 , Avro: 1.9151 , Rus rublu: 0.0262 Türk lirəsi: 0.2991

Azərbaycan Abxaziyada keçirilmiş qondarma "prezident seçkiləri"nin nəticələrini tanımır - XİN

12:30 23/03/20 | Siyasət

Azərbaycanın Xarici İşlər Nazirliyi Gürcüstanın Abxaziya bölgəsində 22 mart 2020-ci il tarixində keçirilmiş qondarma “prezident seçkiləri” ilə bağlı bəyanat yayıb.

XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, bəyanatda bildiilir ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 22 mart 2020-ci il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni, həmçinin onların nəticələrini tanımır: "XİN Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir".


Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?