• 9 Aprel 2020
  • Dollar: 1.7 , Avro: 1.9151 , Rus rublu: 0.0262 Türk lirəsi: 0.2991

Azərbaycan-Gürcüstan sərhədindəki məntəqənin iş müddəti iki saata endirildi

17:00 25/03/20 | İqtisadiyyat

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi yeni iş rejiminə keçib. Bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib.

Hər iki hökumətin birgə razılığına əsasən, məntəqə saat 10:00-dan 12:00-dək fəaliyyət göstərəcək.

Səfirlikdən qeyd olunub ki, hər iki ölkə vətəndaşlarının vətənə qayıtması üçün xüsusi dəhliz fəaliyyət göstərir.

Qeyd edək ki, hazırda Azərbaycanla Gürcüstan arasında gediş-gəliş yalnız “Qırmızı körpü” sərhəd-keçid məntəqəsilə mümkündür. Son günlər məntəqə saat 10:00-dan 18:00-dək fəaliyyət göstərib.

Ölkələr arasında yük daşımalarına heç bir məhdudiyyət tətbiq olunmur. Azərbaycan-Gürcüstan sərhədi aprelin 20-dək bağlı qalacaq. 


Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?