• 3 İyun 2020
  • Dollar: 1.7 , Avro: 1.9001 , Rus rublu: 0.0259 Türk lirəsi: 0.2903

Türkiyə beynəlxalq təşkilatları Dağlıq Qarabağda keçiriləcək seçkiləri boykot etməyə çağırdı

15:10 30/03/20 | Siyasət

Türkiyə ATƏT Minsk Qrupunu və bütün beynəlxalq təşkilatları Ermənistanın Dağlıq Qarabağdakı qanunsuz seçkiləri keçirməsini boykot etməyə çağırıb.

Türkiyənin Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilir ki, Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində 2020-ci il martın 31-də keçirilməsi nəzərdə tutulan seçkilər, Dağlıq Qarabağdakı mövcud qeyri-qanuni vəziyyətin qanuniləşdirilməsi üçün göstərilən birtərəfli cəhdlərin təzahürüdür: "Bu addım beynəlxalq hüququn, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və ATƏT prinsiplərinin açıq-aşkar pozulmasıdır. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tapmaq üçün, ATƏT-in Minsk Qrupu çərçivəsində mərhələli danışıqlarının davam etdiyi bir vaxtda işğal olunmuş ərazilərdə qondarma seçkilərin təşkili, sülh yolunu və eləcə də davamlı sabitliyi sarsıdan bir təşəbbüsdür. Dünya ictimaiyyətini, beynəlxalq qurumları, o cümlədən ATƏT-in Minsk Qrupunu bu seçkini tanımamağa dəvət edirik. Türkiyə, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün yeni şəkildə pozulmasını təşkil edəcək bu qeyri-qanuni seçkiləri rədd edir. Türkiyə, ATƏT-in Minsk Qrupunun bir üzvü olaraq, Dağlıq Qarabağ münaqişəsinə ədalətli həll yolunun tapılması istiqamətindəki cəhdləri dəstəkləməyə davam edəcək”.

1141 obyektdə sanitar-epidemioloji tələblər pozulub



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?