• 3 İyun 2020
  • Dollar: 1.7 , Avro: 1.9001 , Rus rublu: 0.0259 Türk lirəsi: 0.2903

Yer kürəsinə Atlas kometi yaxınlaşır

17:14 30/03/20 | Maraqlı

Bu yaxınlarda aşkar edilmiş, rəsmi adı C/2019 Y4 olan Atlas kometi Yerə yaxınlaşır. 

Azərbaycan Milli Elmlər Akademiyasından verilən məlumata görə, parlaqlığına görə Veneraya bərabər olan göy cismi son bir neçə gün ərzində daha parlaq olub. Bu tendensiya Atlasın Günəşə yaxınlaşması ilə artır.

Bildirilir ki, "poisknews.ru" saytının məlumatına görə, hazırda kometi ulduzların 8-ci ölçü (orta ölçülü teleskopla görünən, lakin adi gözlər görünməyən) parlaqlığına aid edirlər. İşıqlanmanın intensivliyi belə sürətlə artarsa, Yer kürəsinə may ayında yaxınlaşması gözlənilən kometin parlaqlığı həmin vaxt 9-10 ölçüyə çata bilər.

Astronomlar hesab edirlər ki, Atlası adi gözlə görmək mümkün olacaq.

1141 obyektdə sanitar-epidemioloji tələblər pozulub



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?