• 3 İyun 2020
  • Dollar: 1.7 , Avro: 1.9001 , Rus rublu: 0.0259 Türk lirəsi: 0.2903

TANINMIŞ PROFESSOR ALLAHŞÜKÜR PAŞAZADƏ VƏ MÜBARİZ QURBANLIYA MÜRACİƏT ETDİ

17:51 01/04/20 | Sosial

Koronavirusla bağlı Respublikamızda yaranan mövcud proseslərlə əlaqədar tanınmış ictimai-siyasi xadim, məşhur "91-lər”dən, Turan Araşdırma Mərkəzinin sədri, professor Əjdər Tağıoğlu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya açıq məktubla müraciət edib.

Həmin müraciətin tam mətnini təqdim edirik:

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam hörmətli Hacı Allahşükür Paşazadə və 
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri hörmətli cənab Mübariz Qurbanlıya

AÇIQ  MƏKTUB

Həzrət Əli buyurub: "Vətəni sevmək imandandır!” Bu gün bizim  də bir Vətən, bir iman borcumuz var. Bu yolda Uca Allahımız bizi sınağa çəkir. Bu tarixi sınaqdan imanla, alnıaçıq çıxmaq  üçün candan sevdiyimiz Vətənimizi, əziz xalqımızı ölümlə hədələyən ümumdünya bəlasından – koronavirusdan qorumaq üçün biz bir nəfər kimi, qeyrətli, namuslu vətəndaş kimi dövlətimizin ətrafında həmrəylik göstərərək sıx birləşməliyik. Bu monolit birlik bizim Dədə kökümüzdən gələn Müqəddəs Borcumuzdur!

Cəmiyyətimizə də bəllidir ki, bu bəşəri  bəladan mümkün qədər az zərər çəkmək üçün dövlət öz üzərinə düşən qabaqlayıcı tədbirləri vaxtında görür və görməkdə davam edir. Dövlətimiz öz vətəndaşlarını taleyin axarına buraxmır, buraxmamalıdır da!

Mən – xalqının, vətəninin taleyinə candan bağlı olan, Vətənin ən ağır və fəlakətli dövrlərində dövlətçiliyinin müqəddəs sevgi ilə qorunmasında fəal iştirak edən və qorumağa hər zaman təmənnasız hazır dayanan qorxmaz, çəkinməz bir vətəndaş ziyalı kimi dünən də, bu gün də özümü ümummilli liderimizin məşhur "91-lər” siyasətinin sadiq əskəri hesab edərək cənab prezident İlham Əliyevin Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında imzaladığı Fərmanı həmrəyliyə çağırış kimi qəbul edərək Vətənin  ziyalısı, içtimai-siyasi xadimi, bir alimi kimi ilk dəstəkləyənlərdən oldum və müvafiq hesaba bir vətəndaş kimi öz pensiyamdan ödəniş etməyi özümə Müqəddəs Borc bildim.

Azərbaycan xalqının bu Fərmana qarşı laqeyd qalmaması, həmrəylik nümayiş  etdirməsi artıq digər dövlətlərə böyük nümunə oldu.

Hörmətli Şeyx, hörmətli Sədr, bu il Həcc ziyarətinin qiymətinin 4490 ABŞ dolları müəyyən edildiyi və 1500-ə yaxın kvotanın ayrıldığı mətbuatdan hamımıza məlumdur. Zənnimcə, Vətənin və bəşəriyyətin belə ağır zamanında sizlər həmin zəvvarlara müraciət etsəniz, Həcc ziyarətinə ayrılmış o məbləğı belə ağır bir zamanda Vətəndə olan kimsəsiz, aztəminatlı, xəstə olub müalicəyə vəsaiti olmayanlara,  ödənişə ehtiyacı olan tələbələrə, bir sözlə ehtiyacı olan insanlara tərəddüd etmədən belə ödəyərlər. Əslində bu hərəkətlə Azərbaycan mömünləri nəinki İslam dünyasına, eyni zamanda bütün bəşəriyyətə dədə kökümüzə xas olan örnək göstərmiş olarlar.

Düşünürəm ki, mömünlərə edəcəyiniz çağırış tarixi bir çağırış olacaq. Və unutmayaq ki, "Başqasının yolunda əkdiyin gül, mütləq sənin yolunda açacaqdır” – Həzrət Əli.

Hörmət və ehtiramla: Əjdər Tağıoğlu (İsmayılov)
professor, sadiq "91-lər”dən, "Turan Araşdırma Mərkəzi”İB-nin sədri
31 mart 2020-ci il

Prezident İlham Əliyev Ağdam rayonu ərazisindəki “N” saylı hərbi hissədə olub



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?