• 3 İyun 2020
  • Dollar: 1.7 , Avro: 1.9001 , Rus rublu: 0.0259 Türk lirəsi: 0.2903

Bütün ölkələrdə çempionatlar başa çatdırılmalıdır - UEFA

18:20 01/04/20 | İdman

UEFA bu gün milli assosiasiyaların nümayəndələri ilə videokonfrans keçirib.

Tərəflər koronavirus pandemiyası üzündən Avropada dayandırılan daxili və qitəmiqyaslı turnirlərin taleyini müzakirə edib. Qərara alınıb ki, bütün ölkələrdə çempionatlar başa çatdırılmalıdır. Bununla da UEFA assosiasiyalara oyunların yayda keçirilməsinə faktiki olaraq icazə verib.

Bu videokonfransadək assosiasiyalar çempionatların iyunun sonunda başa çatmasına uyğun təqvim hazırlayırdı. Lakin UEFA prezidenti Aleksander Çeferin bu gun açıqlayıb ki, çempionat matçlarının keçirilməsi üçün mövsüm uzadılacaq. Lakin turnirlərin bərpa vaxtı qeyri-müəyyən olaraq qalır. Əksər ölkələr aprelin sonunadək bütün matçları dayandırıb. Bugünkü toplantıda UEFA birmənalı şəkildə nümayiş etdirib ki, yarışların başa çatmasını istəyir və bunun üçün yollar axtarır.

Qeyd edək ki, Belarus istisna olmaqla bütün Avropa ölkələrində çempionat dayandırılıb.

Prezident İlham Əliyev Ağdam rayonu ərazisindəki “N” saylı hərbi hissədə olub



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?