• 3 İyun 2020
  • Dollar: 1.7 , Avro: 1.9001 , Rus rublu: 0.0259 Türk lirəsi: 0.2903

Koronavirusun yeni simptomları aşkarlanıb

20:16 01/04/20 | Dünya

İybilmə və dadbilmə hisslərinin yoxa çıxması koronavirusa yoluxmanın başlıca simptomlarındandır. Bu qənaətə London Kral Kollecinin alimləri gəlib.

Mütəxəssislərin fikrincə, bu simptomlara malik pasiyentlərin 59%-ində koronavirus testinin nəticəsi pozitiv çıxıb. Üstəlik, bu, qızdırmadan fərqli olaraq daha dəqiq göstərici olub.

Araşdırmaçılar bildiriblər ki, bu iybilmə və dadbilmənin yoxa çıxması ilə digər simptomların uyuşması koronavirusa yoluxma ehtimalını 3 dəfə artırır. Alimlər bu cür simptomların ortaya çıxdığı andan 7 günlük özünütəcridetməyə çağırırlar.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 203 ölkə və bölgədə qeydə alınıb.

Prezident İlham Əliyev Ağdam rayonu ərazisindəki “N” saylı hərbi hissədə olub



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?