• 3 İyun 2020
  • Dollar: 1.7 , Avro: 1.8918 , Rus rublu: 0.026 Türk lirəsi: 0.2877

Avstraliya kruiz gəmilərini ərazi sularından çıxarır

15:50 08/04/20 | Dünya

Avstraliya hökuməti Kvinslend ştatının sahillərində dayanan 4 kruiz gəmisindən ərazi sularını tərk etməyi tələb edib.

Baham adaları, Panama və Malta qeydiyyatı olan laynerlərdə ümumilikdə 13,5 min sərnişin var.

Avstraliya hökuməti bildirir ki, ölkədə qeydə alınan koronavirus faktlarının əksəriyyəti kruiz gəmilərinin sərnişinlərində qeydə alınıb. Bununla bağlı olaraq mart ayında “Ruby Princess” laynerinin Sidneyə yan alması üçün icazə verən rəsmi şəxslər barəsində cinayət işi də açılıb. Hazırda həmin gəminin ekipajı karantinə alınıb.

Qeyd edək ki, bu günə qədər Avstraliyada 6 010 nəfər koronavirusa yoluxub, 50 nəfər ölüb.

1141 obyektdə sanitar-epidemioloji tələblər pozulub



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?