• 29 May 2020
  • Dollar: 1.7 , Avro: 1.8981 , Rus rublu: 0.0263 Türk lirəsi: 0.2814

Regional mədəniyyət idarələri üzrə respublika müsabiqəsi elan olunub

13:30 17/04/20 | Mədəniyyət

Mədəniyyət Nazirliyi tərəfindən regional mədəniyyət idarələri üzrə respublika müsabiqəsi elan olunub.

Nazirlikdən Azadaz-a bildirilib ki "Mədəniyyətimizi virtual məkanda tanıdaq" adlı müsabiqə “Virtual təqdimat”, “Mədəniyyət məsafədən”, “Mədəni iz” və “Ən yaxşı distant dərs” nominasiyalar üzrə keçirilir.

Müsabiqədə iştirak üçün videomateriallar regional mədəniyyət idarəsi, mədəniyyət müəssisəsi və ayrı-ayrı şəxslər tərəfindən təqdim edilə bilər. Müsabiqəyə yalnız karantin dövründə hazırlanmış videomateriallar təqdim olunmalıdır. Hər nominasiya üzrə təqdim olunan videomaterialların sayı 3-dən artıq olmamalıdır. Əgər hər hansı bir mövzu üzrə silsilə çəkiliş aparılmışdırsa və hazırlanmış material bir neçə videorolikdən ibarətdirsə, bu, 1 videomaterial kimi qəbul ediləcək. Təqdim olunan videomateriallar texniki cəhətdən keyfiyyətli, məzmunca maraqlı olmalıdır. Hər videorolikin müddəti 5 dəqiqədən çox olmamalıdır. Distant dərslər üzrə videoyazıların müddəti 10-15 dəqiqə olmalıdır.

Videoyazılar mayın 15-dək Mədəniyyət Nazirliyinin Regional siyasət şöbəsinin elektron poçt ünvanına ([email protected]) göndərilməlidir.

Təqdim olunmuş videomateriallar müsabiqənin münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və qaliblər müəyyənləşdiriləcəkdir.

Müsabiqə hər nominasiya üzrə qalibləri mükafatlandırılacaqlar.


Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?