• 3 İyun 2020
  • Dollar: 1.7 , Avro: 1.9001 , Rus rublu: 0.0259 Türk lirəsi: 0.2903

Azər­bay­can di­as­po­ru hiyləgər erməni lobbisini üstələməyi bacarmalıdır

12:24 30/04/20 | Diaspora

Diaspor amili dövlətçiliyimizin inkişafı və Azərbaycanın dünyadakı nüfuzunun artması yönündə mühüm əhəmiyyətə malikdir

Azər­bay­can di­as­po­ru ar­tıq təş­ki­lat­lan­ma mər­hə­lə­si­ni ar­xa­da qo­yub de­sək, ya­nıl­ma­rıq. Be­lə ki, in­di dün­ya­nın müx­tə­lif öl­kə­lə­rin­də sa­yı 400-ü ke­çən di­as­por təş­ki­lat­la­rı­nın key­fiy­yət ba­xı­mın­dan da­ha da güc­lən­mə­si­nə, da­ha mü­tə­şək­kil qüv­və­yə çev­ril­mə­si­nə eh­ti­yac var. Dias­por təş­ki­lat­la­rı­nın mü­tə­şək­kil fəa­liy­yə­ti öz növ­bə­sin­də dün­ya azər­bay­can­lı­la­rı­nın həm­rəy­li­yi­nə töh­fə­dir. Qlo­bal­la­şan dün­ya­da xa­ric­də ya­şa­yan soy­daş­la­rı­mı­zın təş­ki­lat­lan­ma­sı ilk növ­bə­də on­la­rın hü­quq və azad­lıq­la­rı­nın mü­da­fiə­si, Azər­bay­can hə­qi­qət­lə­ri­nin dün­ya ic­ti­ma­iy­yə­ti­nə çat­dı­rıl­ma­sı ba­xım­dan önəm­li­dir. Tə­bii ki, müa­sir döv­rün tə­ləb­lə­ri­nə uy­ğun ola­raq qar­şı­da du­ran ən va­cib mə­sə­lə həm­tə­və­tən­lə­ri­mi­zin ta­ri­xi və­tən­lə əla­qə­lə­ri­ni güc­lən­dir­mək­dir.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov da bu fikirdədir. O açıqlamasında bildirib ki, xa­ric­də ya­şa­yan soy­daş­la­rı­mı­zın birlik və həmrəyliyi vacib şərtdir. Ancaq komitə sədri təəssüflə qeyd edib ki, bəzən bunun əksinin şahidi oluruq. Bəzi ölkələrdə Azərbaycan diaspor təşkilatları arasında fikir ayrılığı mövcud olur.  

F.Muradov vurğulayıb ki, diaspor təşkilatlarının fəaliyyəti hansısa şəxslərə bağlı olmur, bu, bir icma işidir, könüllülük, vətənə sevgi məsələsidir: «Bəzən olur ki, kimlərsə, nə vaxtsa hansısa bir məsələyə görə bir-birindən küsür. Mən Ukraynanı misal gətirirəm.  Biz gələndə gördük ki, orada işlər pis məcraya daxil olur. Bir az vaxt sərf etdik və bu istiqamətdə müsbət nəticə əldə etdik. Bu gün o təşkilatlar birgə fəaliyyət göstərir. Biz demirik ki, mütləq birgə fəaliyyət göstərin, ancaq düşmənçilik də etməyin».

Komitə sədri xatırladıb ki, bizim ümumi düşmənimiz bəllidir: «Dağlıq Qarabağ məsələsi var, torpaqlarımız Ermənistan tərəfindən işğal olunub. Ona görə də biz düşmənə heç bir şans verməməliyik ki, Azərbaycan diasporu haqqında mənfi fikirlər səsləndirsin. Hamımız ölkəmizin milli maraqlarına xidmət etməliyik. Biz onlara da bildiririk ki, birlik olan yerdə dövlət sizin yanınızdadır və sizə daha böyük dəstək göstərək. Mən buradan hamıya çağırış edirəm ki, müsbət istiqamətdə fəaliyyət göstərək».

Xatırladaq ki, bu gün işğalçı Ermənistanın dövlət kimi ayaqda qalması məhz onların diaspor və lobbi təşkilatlarının sayəsində mümkünləşir. Hələ də erməni diasporu Ermənistana həm siyasi, həm də iqtisadi dəstəyi təmin etməklə vacib işi görməkdə davam edir.

Ermənistanda deyirlər ki, diaspora hakimiyyət üçün həmişə milli xərac ödəyən, amma dövlət qərarlarının həllinə yaxın buraxılmayan «süd verən inək» olub. Diaspora bu gün də vəsait ödəyir, amma inkişafa sərmayə qoymaqla deyil, daha çox ianələr şəklində. Diasporanın Ermənistana etdiyi yatırımların dəqiq rəqəmlərini heç kim bilmir. Amma heç kim də gizlətmir ki, Ermənistan və Qarabağ məhz diaspora sayəsində ayaqda qala və stabilliyini qoruya bilir.

Vaxtilə “milli xərac ideyası tətbiq edilmişdi, bu zaman hər bir ermənidən kiçik məbləğdə pul ödəmək tələb olunurdu, sonda da həmin məbləğ ümummilli maraqlara xidmət etməli idi. Amma ideyanı reallaşdırmaq alınmadı  və xeyriyyəçilik yenə də imkanlı ermənilər və erməni təşkilatlarının öhdəsinə düşdü.

Diasporanın kapitalının biznesə sərmayə qoymaq üçün cəlb edilməsi barədə də çox danışıldı. Ermənistana Amerika-erməni kapitalının cəlb edilməsi işinə hətta ABŞ-ın Ermənistandakı səfirlərini qoşmağa çalışırdılar. Ancaq onların hamısı etiraf edirdi ki, amerikalı ermənilər Ermənistan hakimiyyətinə o qədər də etibar etmir və onun korrupsiyaya bulaşmasından şübhələnirlər. Axı diasporanı inadla siyasi institutlara yaxın buraxmırlar, halbuki onların köməyilə nəzarəti həyata keçirmək olardı.

Ermənistanın sərmayə göstəriciləri dünyada ən aşağı göstəricilərdən biridir. Diaspora sərmayə qoymaq və nəzarət etmək istəyir, amma hələlik onun belə mexanizmləri yoxdur.  

İmkanlı ermənilərin kapitallarını doğrudan da hərdən Ermənistanın dövlət büdcəsi ilə müqayisə etmək olar. Amma bu kapitalları Ermənistana cəlb etmək üçün hakimiyyət şəffaf dövlət qurumları yaratmalı və ənənəvi sahələrdə monopoliyadan məhrum olmalı olacaq. Ola bilsin bunu milli şəbəkə qurumunun yaradılmasının köməyilə etmək mümkün olacaq. Təbii ki, bütün bunların reallaşması mümkünsüzdür. Çünki erməni hakimiyyəti diasporaya əsas şəxsi gəlir mənbəyi kimi baxırlar.

Bəzi ekspertlər hesab edir ki, xaricdə yaşayan imkanlı soydaşlarımız da diaspor və lobbiçilik işinə ciddi dəstək verməlidirlər. Onların bir çoxları maddi və nüfuz baxımından erməni diasporunun fəal üzvlərindən heç də geri qalmırlar.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov da bu qənaətdədir. O hesab edir ki, xaricdə yaşayan imkanlı soydaşlarımızın diaspor və lobbiçilik işinə cəlb olunması çox vacibdir. Onun sözlərinə görə, diaspor və lobbiçilik işi elə bir sahədir ki, bu məsələdə böyük maliyyə qaynaqlarının olması əsas şərtdir: «Ölkə xaricində yaşayan istənilən imkanlı soydaşımızın diaspor və lobbiçilik işinə cəlb olunması olduqca vacibdir. Torpaqlarımızın erməni işğalı altında olduğunu və Dağlıq Qarabağ həqiqətlərinin təbliğ olunmasında diasporumuzun hansı işləri görə biləcəyinə nəzər salsaq görərik ki, bu məsələdə biz həm də koordinasiya olunmuş şəkildə hərəkət etməliyik. Bakıda keçirilən Dünya Azərbaycanlılarının dördüncü qurultayında prezident İlham Əliyev də bu məsələlərə xüsusi olaraq toxundu və diasporumuz üçün əsl hədəfləri göstərdi. İstənilən halda hansısa bir ölkədə diaspor təşkilatı yaranırsa buna ancaq sevinmək lazımdır. Sadəcə bir qədər zaman lazımdır ki, biz yaranan həmin təşkilatların kimlərə və nəyə xidmət etdiklərini də görə bilək. Əgər bir təşkilat milli maraqlarımıza xidmət etməyəcəksə onun uzun müddət yaşaması da sual altında olacaq. Hesab edirəm ki, istənilən halda diaspor təşkilatlarımız Azərbaycanın iç siyasətinə qarışmaqdansa, Azərbaycan xalqının maraqlarını yaşadıqları ölkələrdə daha yaxşı bir şəkildə təmsil etməlidirlər. Və biz artıq diaspor təşkilatlarımızın parçalanmasından yox, onların birliyindən danışmalıyıq. Çünki qarşımızda təşkilatlanmış və olduqca hiyləgər erməni lobbisi və diasporu durur».

  Təbii ki, bu gün Azərbaycanı kənarda layiqincə tanıtmaq diaspor təşkilatlarımızın çiyninə düşən əsas vəzifədir. Burada istəkdən başqa heç bir problem olmamalıdır. Çünki yaşadıqları ölkələrin əksəriyyətində buna nümunə üçün kifayət qədər təcrübələr var.

Diasporumuzun mütəşəkkil qüvvəyə çevrilməsi bir tərəfdən soydaşlarımızın milli mənsubiyyətlərini və dəyərlərini qoruması deməkdirsə, başqa tərəfdən Azərbaycanı daha güclü təbliğ etmələri, fəaliyyət göstərdikləri ölkənin Azərbaycanla əlaqələrinin inkişafına önəmli töhfə vermələri, həmin ölkələrin ictimai-siyasi həyatında aktiv rol oynamaları, Azərbaycan üçün yeni-yeni dostlar qazanmaları, güclü Azərbaycan lobbisi deməkdir. Bu işdə isə birlik və həmrəylik başlıca vəzifə olmalıdır.

Cavanşir QƏDİMOV

Prezident İlham Əliyev Ağdam rayonu ərazisindəki “N” saylı hərbi hissədə olub



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?