• 3 İyun 2020
  • Dollar: 1.7 , Avro: 1.9001 , Rus rublu: 0.0259 Türk lirəsi: 0.2903

Diaspora işinin başlanğıcı var, sonu yox

11:00 05/05/20 | Diaspora

PA rəsmisi: «Diaspora işi hər gün aparılmalı olan fəaliyyət sahəsidir. Bu işi gördüm, bitirdim söhbəti yoxdur»

Azərbaycan dövlət müstəqilliyini bəyan etdikdən sonra xarici siyasət kontekstində qarşıda duran əsas vəzifələrindən biri xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması və onların ölkəmizin milli maraqlarının müdafiəsi işinə cəlb edilməsi oldu. Bu minvalla diaspor quruculuğu və lobbiçilik fəaliyyətinə dəstək Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş diaspor siyasətinin məqsədi dünya azərbaycanlılarının tarixi vətənimizlə əlaqələrini və həmvətənlərimizin milli özünəməxsusluğunu qoruyub saxlamaq, diasporun potensialından istifadə etməklə milli maraqlarımızın müdafiəsi istiqamətində müvafiq işlər aparmaq, diasporlararası əlaqələri genişləndirmək və onların mədəni-siyasi hüquqlarının müdafiəsini təmin etməkdən ibarət idi.

Dünya azərbaycanlılarının təşkilatlanmağa başladığı ilk illərdən Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı erməni və ermənipərəst qüvvələrin apardığı qeyri-obyektiv təbliğatın ifşası, Azərbaycan həqiqətləri ilə bağlı doğru informasiyanın yayılması Azərbaycan diaspor qurumlarının qarşısında dayanan əsas vəzifələrdən biri kimi qəbul edilmişdir. Bu mənada Prezident Administrasiyasının bölmə müdiri Qafar Əliyevin fikirləri də diqqət çəkicidir. O hesab edir ki, diaspora işinin başlanğıcı var, amma sonu yoxdur: «Diaspora işi hər gün aparılmalı olan fəaliyyət sahəsidir. Bu işi gördüm, bitirdim söhbəti yoxdur. Əvvəllər Xocalı soyqırımını tanıtmaq üçün müxtəlif ölkələrin paytaxtlarının meydanlarında, tədbirlər təşkil etməklə dünyanın nəzərinə çatdırırdıq. Amma bu gün bu işin mahiyyəti çox genişlənib. Bu gün Xocalı soyqırımı və erməni vandalizmi BMT tribunalarında, Bakıda son illər keçirilən böyük beynəlxalq konfransların kürsülərində ölkəmizə gələn on minlərlə insanlara çatdırılır. Prezident Administrasiyasının, Parlamentin, Diasporla İş üzrə Dövlət Komitəsinin və digər qurumların xətti ilə beynəlxalq təşkilatlarda işlər həyata keçirilir. Müstəqillik əldə etdiyimiz bu dövr ərzində Azərbaycan diasporu təşkilatlanmış, formalaşmış və özünün təbliğat işlərini genişləndirmişdir. Dünyada böyük nüfuza malik olan diasporlarla rəqabətdə dayanmaq gücünə sahib diasporamız var». 
Qafar Əliyev qeyd edib ki, artıq bizim diasporamız ermənilərlə mübarizə apara biləcək səviyyədədir: «Erməni lobbisi xaricdə güclüdür. Çünki ermənilər 1915-cı ildən xarici ölkələrə səpələnmiş, guya ki, qətliama, soyqırıma məruz qaldıqlarını bildirərək yalançı təxribatları ilə özlərinə yer eləyiblər. Bu yolla da güclənməyə çalışırlar. Azərbaycanla ermənilərin mübarizə formaları fərqlidir. Erməni lobbisi yalana söykənib. Bu da məlumat qıtlığına işarədir. Hansı dövlətdə ki, Azərbaycan haqqında məlumat azdır orada öz yalançı təxribatlarını aparırlar. Dağlıq Qarabağla bağlı yalan məlumatları da orada yaymağa çalışırlar. Erməni lobbisi yalan informasiya ilə hər zaman dünya ictimaiyyətini çaşdırmağa çalışır. Azərbaycan diasporasının gücü həqiqətə söykənir. Ərazisi işğal olunan bizik, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. 1918-ci ilə qədər İrəvan Azərbaycanın tərkib hissəsi olub. Biz İrəvanı o vaxt beynəlxalq sənədlərlə Ermənistana paytaxt vermişik. Biz həqiqətləri tarix kimi dünyaya çatdıranda hər kəs bizimlə razılaşır və Azərbaycana inanır, erməni yalanlarını rədd edirlər. Ermənilər də bilirlər ki, onların tarixi yalan üzrə qurulub, musiqiləri, yeməkləri bizə aiddir. Bunlar daim bizimlə yaşadıqlarına görə yeməklərimizi yeyib, musiqilərimizlə də oynayıblar. Bu gün də yeməklərimizə, musiqilərimizə və milli adət-ənənələrimizə sahib çıxmaq istəyirlər. Bir təbliğat aparan zaman bilirlər ki, dolma, kabab Azərbaycan mətbəxinə aiddir. O qədər saxtakarlıq edirlər ki, ermənilər hətta deyirlər ki, Üzeyir Hacıbəyov bizim bəstəkarımızdır. Rəşid Behbudovun mahnılarını öz adlarına çıxarırlar. Azərbaycan diasporası hansısa tədbirdə bu bəstəkarların mahnılarını səsləndirən zaman ermənilərin bütün yalanları ortaya çıxır. Diaspora işi Dağlıq Qarabağ müharibəsinin arxa cəbhəsində aparılan mübarizədir. Bu mübarizə də hər zaman aparılmalıdır, aparılır da. Başda cənab prezidentimiz İlham Əliyev olmaqla bu mübarizəmizi hər gün gücləndirir, erməni lobbisini küncə sıxışdırırıq». 
PA rəsmisi bildirib ki, diasporamızın fəaliyyətinin daha da genişləndirilməsi üçün islahatlar davamlı şəkildə aparılır. Qafar Əliyev deyib ki, Azərbaycan diasporu ildən-ilə fəaliyyətini zənginləşdirir, inkişaf etdirir, strukturlarını təkmilləşdirir: “Daxili və xarici siyasət sahəsində əldə etdiyimiz uğurlar, ölkəmizin dünya miqyasında əldə etdiyi nailiyyətlər, Azərbaycanın haqq səsinin dünyada eşidilməyə başlanması, bizim mənafelərimizi müdafiə edən müxtəlif dövlətlərin siyahısının artması ona deməyə əsas verir ki, biz lobbiçilik fəaliyyətini gücləndirməliyik. Azərbaycan müstəqillik əldə etdiyi ilk gündən lobbiçilik fəaliyyətinə başlamağın zamanı gəlib və ötən illər ərzində bu istiqamətdə müvafiq işlər həyata keçirilib. Bu gün isə bizim malik olduğumuz imkanlar kifayət qədər yetərlidir ki, sözügedən istiqamətdə daha da keyfiyyətli, mükəmməl və təcrübəli şəkildə işlər aparaq”.

PA rəsmisinin sözlərinə görə, dünya təcrübəsi göstərir ki, dövlətçiliyin inkişafında diaspor amili ilə yanaşı lobbi fəaliyyəti də mühüm yerlərdən birini tutur: «Artıq qloballaşan dünyanın reallıqları diaspor və lobbiçilik sahəsində təxirəsalınmaz addımlar atılmasını vəzifə kimi qarşıya qoyur. Ölkələr və xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri, beynəlxalq siyasətdə diaspor və lobbi təşkilatlarının rolunun artması ölkəmizin də bu prosesə qoşulmasını prioritet məsələyə çevirmişdir».

Bəli, qlo­bal­la­şan dün­ya­da xa­ric­də ya­şa­yan soy­daş­la­rı­mı­zın təş­ki­lat­lan­ma­sı ilk növ­bə­də on­la­rın hü­quq və azad­lıq­la­rı­nın mü­da­fiə­si, Azər­bay­can hə­qi­qət­lə­ri­nin dün­ya ic­ti­ma­iy­yə­ti­nə çat­dı­rıl­ma­sı ba­xım­dan önəm­li­dir. Çünki, müa­sir döv­rün tə­ləb­lə­ri­nə uy­ğun ola­raq qar­şı­da du­ran ən va­cib mə­sə­lə həm­tə­və­tən­lə­ri­mi­zin ta­ri­xi və­tən­lə əla­qə­lə­ri­ni güc­lən­dir­mək, Azər­bay­can di­li­ni, ta­ri­xi­ni və coğ­ra­fi­ya­sı­nı təd­ris et­mək, mə­də­ni ir­si­mi­zin təb­li­ği­ni və öl­kə hə­qi­qət­lə­ri­nin da­ha ge­niş müs­tə­vi­də dün­ya ic­ti­ma­iy­yə­ti­nə çat­dı­rıl­ma­sı pro­se­si­ni sü­rət­lən­dir­mək­dir.

Bu gün soy­daş­la­rı­mı­zın Azər­bay­can na­mi­nə təş­ki­lat­lan­ma­sı yal­nız öl­kə­mi­zin mil­li ma­raq­la­rın tə­min olun­ma­sı ba­xım­dan de­yil, həm də müa­sir dün­ya­da ge­dən ic­ti­mai-si­ya­si pro­ses­lə­rə in­teq­ra­si­ya ba­xım­dan da zə­ru­ri­dir. Təbii ki, istər Azərbaycanda, istərsə də xaricdə yaşayan soydaşlarımızı narahat edən əsas məsələ Qarabağ problemidir. Diaspor təşkilatlarımız da bu ağrılı məsələnin mahiyyətini aydın dərk edir, Azərbaycan həqiqətlərinin dünyada tanıdılmasında və qəbul edilməsində böyük səy göstərirlər.

Diaspor təşkilatlarımızın müxtəlif ölkələrdə Qarabağla bağlı keçirdiyi tədbirlərdə həmin ölkələrin hökumət və qanunverici orqanlarının, siyasi partiya və ictimai təşkilatlarının nümayəndələri iştirak edirlər. Bu, Azərbaycan diasporunun qısa zamanda böyük inkişaf yolu keçən diasporlardan birinə çevrildiyinin göstəricisidir.

Cavanşir QƏDİMOV

Prezident İlham Əliyev Ağdam rayonu ərazisindəki “N” saylı hərbi hissədə olub



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?