• 4 İyun 2020
  • Dollar: 1.7 , Avro: 1.9001 , Rus rublu: 0.0259 Türk lirəsi: 0.2903

“Milan” Memfis Depayın transferi üçün 20 milyon avro ödəməyə hazırdır

14:55 07/05/20 | İdman

İtaliyanın “Milan” klubunun rəhbərliyi Fransanın “Lion” komandasının hücumçusu Memfis Depayı transfer etmək niyyətindədir.

Azadaz “Gazeta.ru” saytına istinadla xəbər verir ki, “rossonierilər” niderlandlı futbolçunu yay transfer pəncərəsində heyətinə qatmaq istəyirlər və bu keçidlə bağlı yaxın günlərdə “Lion” ilə danışıqlara başlayacaqlar.

Mənbənin bildirdiyinə görə, “Milan” klubunun rəhbərliyi 26 yaşlı futbolçu üçün 20 milyon avro ödəməyə hazırdır.

Memfis Depayın “Lion” ilə hazırkı müqaviləsi 2021-ci ilin yayınadək qüvvədədir. Cari mövsümdə 18 oyunda meydana çıxan futbolçu 14 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Prezident İlham Əliyev Ağdam rayonu ərazisindəki “N” saylı hərbi hissədə olub



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?