• 3 İyun 2020
  • Dollar: 1.7 , Avro: 1.9001 , Rus rublu: 0.0259 Türk lirəsi: 0.2903

Faşizm üzərində qələbənin 75-ci ildönümü və Əzim Əzimzadənin 140 illiyi qeyd olunur

15:05 07/05/20 | Mədəniyyət

Bir neçə gündən sonra bir çox ölkələr kimi Azərbaycan da 9 may – faşizm üzərində qələbənin 75-ci ildönümünü qeyd edəcək. 1941-1945-ci illəri əhatə edən və tarixə Böyük Vətən müharibəsi adı ilə daxil olan müharibəyə son verən bu qələbədə Azərbaycan xalqının igid oğul və qızlarının əməyi və qəhrəmanlıqları az olmayıb.

Azadaz xəbər verir ki, eyni zamanda, bu gün Böyük Vətən müharibəsi dövründə öz yaradıcılığı ilə - müharibə əleyhinə karikatura və plakatları ilə vətənə xidmət göstərən görkəmli Xalq rəssam, Azərbaycanda karikatura sənətinin banisi Əzim Əzimzadənin anadan olmasının 140 illiyi tamam olur.

Bununla əlaqədar Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin təqdim etdiyi müxtəlif illərdə bərpa edilmiş müharibə dövrünü əks etdirən nadir muzey əşyalarının bərpadan əvvəl və bərpadan sonrakı vəziyyətlərini göstərən fotolar hər iki əlamətdar tarixə həsr olunub. Burada Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin çəkdiyi diplom işi, cəbhədən göndərdiyi məktub, 2 dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanova məxsus geyim nümunəsi, Xalq rəssamı Əzim Əzimzadənin müharibə əleyhinə çəkdiyi karikatura və plakatları, Xalq rəssamı Maral Rəhmanzadənin bu mövzuya həsr olunmuş bir sıra işləri, eləcə də həmin dövrdə Azərbaycanın ictimai xadimlərinin, rəssamlarımızın, ədiblərimizin, bəstəkarlarımızın ağır müharibə illərinə baxmayaraq fəaliyyətlərini davam etdirmələrinə dair faktlar öz əksini tapıb.

Qeyd edək ki, təqdim edilən fotoşəkillər Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində Böyük Vətən müharibəsinə aid bərpa olunmuş eksponatların çox kiçik bir qismini əks etdirir.

Prezident İlham Əliyev Ağdam rayonu ərazisindəki “N” saylı hərbi hissədə olub



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?