• 3 İyun 2020
  • Dollar: 1.7 , Avro: 1.9001 , Rus rublu: 0.0259 Türk lirəsi: 0.2903

“Sevilənlər sevənlər” Rubrikasının növbəti qonağı Şahbaz Xuduoğlu oldu

12:05 08/05/20 | Mədəniyyət

“Sevilənlər sevənlər”

Rubrikasının növbəti qonağı Şahbaz Xuduoğlu oldu

Respublika Gənclər Kitabxanası “Sevilənlər sevənlər” rubrikası altında keçirdiyi növbəti canlı yayım 7 may 2020-ci il tarixində baş tutmuşdur.  Bu canlı yayımın qonağı  naşir, tərcüməçi-yazar, "Qanun" nəşriyyatının direktoru, Elmar Hüseynov Fondunun həmtəsisçisi, "Qanun" jurnalının baş redaktoru Şahbaz Xuduoğlu olmuşdur. Canlı yayım müsahibə xarakteri daşıyırdı və müsahib Respublika Gənclər Kitabxanasının Hüquq İnformasiya şöbəsinin müdiri Günay Həsənovanın və izləyicilərin suallarını cavablandırırdı. Şahbaz müəllim ilk növbədə karantin müddətində kitab sifarişi və çatdırılması sahəsində müşahidə edilən müsbət dinamikadan danışmış, bu dövrdə kitab oxuyanların sayının artdığını bildirmişdir. Bundan əlavə qonaq ölkəmizdə mütaliənin səviyyəsi, kitab təbliğatı sahəsində baş verən yeniliklər haqqında da dəyərli fikirlər söyləmişdir. Müsahib tez-tez  beynəlxalq kitab sərgilərinin qonağı olmasından və bu ölkələrdə kitab təbliğatı ilə əlaqədar aparılan işlərdən söhbət açmışdır. Müasir günümüzdə xarici ədəbiyyatın tərcümə edilməsi və bu sahədə “Qanun” nəşriyyatının fəaliyyəti də müzakirə mövzusu olmuşdur. Canlı yayımda müasir gənclik, mütaliə maraqları, yeni çap olunan kitablar və s. bu kimi mövzular ətrafında maraqlı söhbət aparılmışdır.  Sonda Şahbaz müəllim bu cür görüşlərin təşkilinə görə kitabxana rəhbərliyinə və bütövlükdə kollektivə öz dərin təşəkkürünü bildirmiş, bu səpkili görüşlərin çox əhəmiyyətli olduğunu vurğulamışdır.

 

 

 

 

 

Prezident İlham Əliyev Ağdam rayonu ərazisindəki “N” saylı hərbi hissədə olub



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?