• 3 İyun 2020
  • Dollar: 1.7 , Avro: 1.9001 , Rus rublu: 0.0259 Türk lirəsi: 0.2903

Fransada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə virtual konsert keçiriləcək

16:48 08/05/20 | Mədəniyyət

Azərbaycanın Fransadakı səfirliyi Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə virtual konsert təşkil edəcək.

Virtual konsert 10 may tarixində səfirliyin mədəniyyət mərkəzində keçiriləcək.

Konsertin proqramı Azərbaycan bəstəkarlarının əsərlərindən və tanınmış mahnılarından ibarətdir.

Proqramda pianoda Vurğun Vəkilov və fleytada Ağarəhim Quliyev ifa edəcəklər.

Virtual konsetdə ifa ediləcək musiqilər:

1. Məşhur Azərbaycan mahnısı - Sarı gəlin

2. Tofiq Quliyev - Səhər nəğməsi

3. Qara Qarayev - Eskiz

4. Arif Məlikov - Monoloq

5. Arif Məlikov - Komdenin arzuları

6. Emil Əfrasiyab - Ataya məktub

7. Məşhur Azərbaycan mahnısı - Laçın

8. Qara Qarayev - İnsan məskən salır

9. Məşhur Azərbaycan mahnısı - Küçələrə su səpmişəm.

Prezident İlham Əliyev Ağdam rayonu ərazisindəki “N” saylı hərbi hissədə olub



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?