• 5 İyun 2020
  • Dollar: 1.7 , Avro: 1.912 , Rus rublu: 0.026 Türk lirəsi: 0.2915

Azərbaycan nümayəndələri bu il keçiriləcək EUROGYM gimnastika festivalında iştirak edəcəklər

10:20 13/05/20 | İdman

Azərbaycan nümayəndələri 2021-ci ildə İslandiyanın paytaxtı Reykyavikdə keçiriləcək EUROGYM gimnastika festivalında iştirak edəcəklər.

Bu barədə Avropa Gimnastikasının rəsmi saytı xəbər verir.

Azərbaycanı "Flame" (Alov) komandası təmsil edəcək.

Cari ilin iyulunda keçirilməli olan EUROGYM gimnastika festivalı 4-8 iyul tarixlərinə təxirə salınıb.

Məlumatda bildirilir ki, EUROGYM Gala-da Azərbaycan nümayəndələri ilə birlikdə Belçika, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Böyük Britaniya, Almaniya, Yunanıstan, İslandiya, İtaliya, Norveç, Portuqaliya, İsveçrə, Slovakiya və İsveçdən olan gimnastlar da iştirak edəcəklər.

Festival üçün yaş həddi 18-in əvəzinə 19-a qaldırılacaq və bütün qeydə alınan gimnastların iştirak etmələrinə imkan yaradılacaq.

Həmçinin bildirilir ki, festivalda iştirak üçün rekord sayda - 37 ölkə müraciət edib.

Azərbaycanı daha güclü təbliğ etməliyik



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?