• 5 İyun 2020
  • Dollar: 1.7 , Avro: 1.912 , Rus rublu: 0.026 Türk lirəsi: 0.2915

Güclü diasporaya hər zaman ehtiyacımız var

10:11 14/05/20 | Diaspora

Qafar Əliyev: «Azərbaycan diasporu ildən-ilə fəaliyyətini zənginləşdirir, inkişaf etdirir, strukturlarını təkmilləşdirir»

Dünyada yaşayan azərbaycanlıların birlik və bərabərliyi, soydaşlarımız arasında həmrəyliyin təmin olunması məsələsi daim Azərbaycan dövlətinin diqqət mərkəzində olub. İstər bu sahədə qəbul edilmiş müvafiq fərman və sərəncamlar, fəaliyyət proqramları olsun, istərsə də keçirilən bütün dövlət tədbirlərində birmənalı şəkildə qeyd edilib ki, Azərbaycan dünya azərbaycanlılarının birliyini milli mənafelər və dövləti maraqlar kontekstində ortaya çıxan təbii tarixi zərurət kimi qiymətləndirir. Dünya azərbaycanlılarının birliyi məsələsi azərbaycançılıq ideologiyasının reallaşdırılması mexanizmi kimi qəbul edilir və bu sahədə həyata keçirilən bütün tədbirlər məhz həmin amala əsaslanır. Başqa sözlə desək, bu ideya dünya azərbaycanlılarının birliyinin fəlsəfi-nəzəri əsasları kimi qəbul olunur.

Təbii ki, Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğal edilməsində diasporun böyük rolu olmuşdur. Diaspor müharibəyə Ermənistanı təhrik etmiş, onun qoşunlarının əsas maliyyə və təbliğat maşınına çevrilmişdir. 

Erməni diasporu Ermənistanın həyata ümid mənbəyidir. Heç bir  sərvətə malik olmayan Ermənistan diaspor ianələri vasitəsilə yaşayır. Belə olan halda Ermənistan siyasi partiyaları diasporla hesablaşmaya bilməzlər. Siyasi partiyalardan bəziləri, xüsusən daşnaklar diasporu əsas dayaq sayır. Bütün erməni siyasi partiya və təşkilatlarının sənədlərində diasporla iş üzrə müddəa vardır. 
Bu müddəalarda diaspor az qala müqəddəsləşdirilir. Lakin bütün  bunlarla yanaşı, diasporu Ermənistanın müasir bəlalarının səbəbkarı elan edən ictimai-siyasi liderlər də vardır. Qısa olaraq onu demək olar ki, bu şəxslər erməni cəmiyyətində yad elementə çevriliblər. Onların fikrincə, kifayət qədər zəngin olan, idealist diaspor müasir Ermənistanın rüşvət, korrupsiya, klan hakimiyyəti kimi reallıqlarının yaranmasına səbəb olmuşdur. Məhz diasporun təsiri ilə müasir Ermənistan dövləti erməni diasporuna deyil, diaspor erməni dövlətinə təsir etməkdədir.

Prezident Administrasiyasının (PA) sektor müdiri Qafar Əliyev hesab edir ki, artıq Azərbaycan diasporu erməni lobbisinə ağır zərbələr endirə bilir. Qafar Əliyev bunun üçün lobbi fəaliyyətinə keçməyin də zamanı olduğunu bildirib.

PA rəsmisi hesab edir ki, bu məsələdə tələskənliyə yol vermək doğru olmaz: “Düzdür Azərbaycan diasporunun lobbi fəaliyyətinə keçməsinin zamanı yetişib. Bu doğrudur. Lobbiçilik fəaliyyəti gündəlik tələbatda olan bir məsələ kimi Azərbaycan dövlətinin daxili və xarici siyasətində, diaspora qarşısında dayanan mühüm vəzifələr içərisində ümumi nəzərdə tutulmuş məsələlərdəndir”.

Qafar Əliyev deyib ki, Azərbaycan diasporu ildən-ilə fəaliyyətini zənginləşdirir, inkişaf etdirir, strukturlarını təkmilləşdirir: “Daxili və xarici siyasət sahəsində əldə etdiyimiz uğurlar, ölkəmizin dünya miqyasında əldə etdiyi nailiyyətlər, Azərbaycanın haqq səsinin dünyada eşidilməyə başlanması, bizim mənafelərimizi müdafiə edən müxtəlif dövlətlərin siyahısının artması ona deməyə əsas verir ki, biz lobbiçilik fəaliyyətini gücləndiririk. Azərbaycan müstəqillik əldə etdiyi ilk gündən lobbiçilik fəaliyyətinə başlamağın zamanı gəlib və ötən illər ərzində bu istiqamətdə müfaviq işlər həyata keçirilib. Bu gün isə bizim malik olduğumuz imkanlar kifayət qədər yetərlidir ki, sözügedən istiqamətdə daha da keyfiyyətli, mükəmməl və təcrübəli şəkildə işlər aparaq”.

PA rəsmisi Azərbaycan diasporunun erməni diasporu ilə müqayisədə son illər xeyli inkişaf etdiyini vurğulayıb: “Güc mənasında müqayisə etsək konkret demək olmaz ki, dünyanın bir sıra ölkələrində Azərbaycan və ya erməni diasporu güclüdür. Bu məsələ əsasən ayrı-ayrı dövlətlərin mövqeyindən asılıdır. Etiraf etmək lazımdır ki, Fransada erməni diasporu güclüdür. Ermənilərin bu ölkədə kompakt yaşaması, lobbiçilik fəaliyyəti ilə məşğul olması, bir sıra məsələlərdə rəsmi qurumlara təsir göstərə bilməsi onu deməyə əsas verir ki, Fransada erməni diasporu Azərbaycan diasporundan güclüdür. Lakin digər dövlətlərlə müqayisədə bu fikri söyləmək olmaz. Rusiya Federasiyasında fəaliyyət göstərən Azərbaycanlı Gənclər Təşkilatı və digər cəmiyyətlərin gücü erməni diasporundan heç də zəif deyil. Eyni şeyi Orta Asiya respublikaları, Ukrayna və digər ölkələr üçün də söyləmək olar. Həmçinin bir sıra Avropa ölkələrində Azərbaycan diasporu erməni diasporunu tam üstələyir. Ancaq hansısa ölkədə erməni diasporunun güclü olması onu deməyə əsas vermir ki, həmin ölkədə Azərbaycan diasporunun fəaliyyəti məhdudlaşır. Həmin dövlətlərin əksəriyyəti demokratik ölkədir və orada öz fikrini açıq şəkildə söyləmək üçün lazımi imkan və şərait var”.

Təbii ki, Azərbaycan dövləti dünya azərbaycanlılarının birliyini, mövcud iqtisadi və siyasi gerçəklikləri,  eyni zamanda dünyada gedən ictimai-siyasi proseslərin meydana çıxardığı reallıqları nəzərə alaraq həyata keçirməyə çalışır. Məhz buna görədir ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların həmrəyliyi bütün Azərbaycan xalqının ideoloji bütövlüyünü, milli birliyini təmin edən əsas amil sayılır və dövlət siyasətinin prinsipial istiqamətlərindən biri kimi xarakterizə edilir.

Müstəqilliyinin ilk illərində Azərbaycan diasporunun təşkilatlanması və fəaliyyətində ciddi problemlər var idi. Amma son illər ərzində diaspor təşkilatlanması istiqamətində önəmli tədbirlər görüldü və əhəmiyyətli nəticələr əldə edildi. Son illədə isə diaspor təşkilatlarının fəaliyyətinin səmərəlilik səviyyəsi daha da artdı və beynəlxalq miqyasda xüsusi önəm kəsb edən nailiyyətlər qazanıldı. Bunlar isə erməni lobbisi və diaspor təşkilatları ilə mübarizədə güc mənbəyi, əhəmiyyətli resurs kimi dəyərləndirilməlidir.

Bu gün biz müxtəlif təşkilatlarla əməkdaşlıq edirik, onların vasitəsi ilə konqresmenlərə, müvafiq qurum və şəxslərə təsir etməyi bacarırıq. Qeyd olunmalıdır ki, Azərbaycan diasporu dünəndən bu günədək əhəmiyyətli irəliləyişə nail olub.

Təbii ki, di­as­por təş­ki­lat­la­rı­mızın fəa­liy­yə­ti­nin təb­li­ğa­tı da bö­yük önəm da­şı­yır. Təb­li­ğat bö­yük me­xa­nizm­dir. Bəs di­as­po­run təb­li­ğin­də KİV-in ro­lu nə də­rə­cə­də­dir? Jur­na­list­lə­rin Həm­kar­lar İt­ti­fa­qı­nın səd­ri Müş­fiq Ələs­gər­li bil­di­rir ki, mil­li di­as­por təş­ki­lat­la­rı­nın for­ma­laş­dı­rıl­ma­sı, on­la­rın fəa­liy­yət­lə­ri­nin Azər­bay­ca­nın döv­lət ma­raq­la­rı­na uy­ğun­laş­dı­rıl­ma­sı ənə­nə­si ye­ni for­ma­laş­dı­rı­lır: "Bü­tün sa­hə­lər­də ol­du­ğu ki­mi, bu mə­sə­lə­də də KİV-in maa­rif­lən­di­ri­ci rol oy­na­ma­sı­na cid­di eh­ti­yac var. Dün­ya­nın uğur­lu di­as­por təş­ki­lat­la­rı­nın ta­ri­xi və müa­sir fəa­liy­yə­ti, Azər­bay­can di­as­por təş­ki­lat­la­rı­nın möv­cud du­ru­mu, Azər­bay­can döv­lə­ti­nin və döv­lət baş­çı­sı­nın di­as­por qu­ru­cu­lu­ğu­na ver­di­yi önəm və s. ba­rə­də KİV-in apa­ra­ca­ğı maa­rif­lən­dir­mə işi soy­daş­la­rı­mız­da di­as­por qu­ru­cu­lu­ğu­nun ma­hiy­yə­ti ba­rə­də tə­səv­vür for­ma­laş­dır­maq­la ya­na­şı, bu pro­se­sin sü­rət­lən­mə­si­nə də əla­və sti­mul ver­miş olar".

Ju­Hİ səd­ri he­sab edir ki, Azər­bay­can me­dia­sı Pre­zi­dent İl­ham Əli­ye­vin di­as­por qu­ru­cu­lu­ğu­na xü­su­si qay­ğı gös­tər­mə­si­nə söy­kə­nə­rək bu mə­sə­lə­yə cid­di önəm ver­mə­li, di­as­por qu­ru­cu­lu­ğu­na töh­və ver­mə­yin mil­li mə­su­liy­yət mə­sə­lə­si ol­du­ğu­nu aşı­la­ma­ğı ba­car­ma­lı­dır­.

Cavanşir QƏDİMOV

Hələ də pandemiyaya laqeyd yanaşan vətəndaşlarımız var



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?