• 5 İyun 2020
  • Dollar: 1.7 , Avro: 1.912 , Rus rublu: 0.026 Türk lirəsi: 0.2915

"Eurovision-2021" mahnı müsabiqəsi Rotterdamda keçiriləcək

13:30 17/05/20 | Mədəniyyət

Avropa Yayım Birliyi "Eurovision" Beynəlxalq mahnı müsabiqəsinin 2021-ci ildə Hollandiyanın Rotterdam şəhərində baş tutacağını təsdiqləyib.

Bu barədə "Europe Shine A Light" xüsusi şousu zamanı xəbər verilib.

Daha sonra yayımçılar "Eurovision Mahnı Müsabiqəsi. Rotterdam - 2021." loqotipi ilə videoçarxı nümayiş etdiriblər.

Xatırladaq ki, martın 18-də "Avroviziya 2020"nin (müsabiqə 12-16 may tarixində Rotterdamda keçirilməli idi) koronavirus pandemiyası (COVID-19) səbəbindən ləğv olunduğu elan edilmişdi. Daha sonra təşkilatçılar bildirdilər ki, iştirakçı ölkələr istədikləri qaydada 2021-ci ildə keçiriləcək müsabiqədəki nümayəndələrini əvəz edə və ya saxlaya bilərlər, lakin onlar artıq yeni kompozisiyalarla çıxış etməlidirlər.

Azərbaycanı daha güclü təbliğ etməliyik



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?