• 5 İyun 2020
  • Dollar: 1.7 , Avro: 1.912 , Rus rublu: 0.026 Türk lirəsi: 0.2915

Azərbaycan dövləti diaspora siyasətinə xüsusi önəm verir

10:24 19/05/20 | Diaspora

Diaspor işində və Azərbaycan həqiqətlərinin təbliğində gənclər xüsusi rola və çəkiyə malikdir

Azərbaycan diasporu indiyədək uzun inkişaf yolu keçib. Bu fəaliyyət nəticəsində bir sıra uğurlara da imza atılıb. 

XX əsrin sonlarından etibarən dünyanın siyasi sistemində ciddi dəyişikliklər baş verdi və yeni-yeni müstəqil dövlətlər meydana gəldi. Artıq dünya dövlətlər vasitəsilə deyil, böyük təşkilatlar, cəmiyyətlər vasitəsilə idarə olunurdu. Bunun ən bariz nümunəsi kimi müxtəlif ölkələrin xaricdəki lobbilərinin öz dövlətlərinin xeyrinə çalışmasını göstərmək olar.

Azərbaycanın xaricdə tanıdılması istiqamətində dövlət hər cür şərait yaratsa da, sayı-hesabı bilinməyən diaspor təşkilatları bəzən bir araya gələ bilmir, parçalanır və görülən işlər effektini itirirdi. Təkcə Avropanı götürsək, burada onlarla diaspor təşkilatı vardı ki, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq əvəzinə, həmin ölkələrdə özlərinin biznes fəaliyyətini genişləndirməklə, dövlətdən ayrılan pulları şəxsi mənafeləri üçün istifadə etməklə məşğul idilər. Buna baxmayaraq, dövlətdən hansısa dəstək almadan Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdıran, bu missiyanı layiqli şəkildə həyata keçirən diaspora təşkilatları da mövcud olub və bu gün belə təşkilatlar inkişafın yüksək mərhələsindədir. 

Eks­pert ­Xəqani Hüseynovun fik­rin­cə, Azər­bay­can di­as­po­ru­nun ötən dövr­də qa­zan­dı­ğı ən mü­hüm nai­liy­yət­lər­dən bi­ri dün­ya­nın müx­tə­lif öl­kə­lə­rin­də fəa­liy­yət gös­tə­rən türk di­as­por təş­ki­lat­la­rı ilə sə­mə­rə­li əmək­daş­lıq əla­qə­lə­ri qur­ma­sı­dır. Bu əla­qə­lər hər iki öl­kə­nin prob­lem­lə­ri­nin, xü­su­si­lə Azər­bay­can hə­qi­qət­lə­ri­nin da­ha ef­fek­tiv təb­li­ği­nə im­kan ya­ra­dır.

Eks­pert hesab edir ki, məhz bu mənada Azər­bay­can­da ke­çi­ri­lən bey­nəl­xalq mə­də­niy­yət­lə­ra­ra­sı dia­loq fo­rum­la­rı, hu­ma­ni­tar fo­rum­lar dün­ya ilə mə­də­ni əla­qə­lə­ri­mi­zin gə­lə­cək in­ki­şa­fı üçün ge­niş pers­pek­tiv­lər açır. Bu ba­xım­dan da öl­kə­mi­zə müx­tə­lif öl­kə­lə­rin keç­miş və fəa­liy­yət­də olan döv­lət və hö­ku­mət baş­çı­la­rı, alim­lə­ri, ic­ti­mai, si­ya­si və mə­də­niy­yət xa­dim­lə­ri­nin gə­li­şi lob­bi­çi­li­yin ən üst sə­viy­yə­li tər­kib his­sə­lə­rin­dən bi­ri­dir. Bun­dan baş­qa, Azər­bay­can di­as­po­ru­nun öl­kə­mi­zin mə­də­niy­yə­ti­nin təb­li­ği is­ti­qa­mə­tin­də gör­dü­yü iş­lər nə­ti­cə­sin­də dün­ya­nın ək­sər öl­kə­lə­rin­də gör­kəm­li elm və mə­də­niy­yət xa­dim­lə­ri­miz ba­rə­də dol­ğun fi­kir for­ma­la­şıb, on­la­rın əsər­lə­ri ge­niş təb­liğ edi­lib.

X.Hüseynov qeyd edir ki, artıq dün­ya öl­kə­lə­rin­də ya­şa­yan az­say­lı xalq­la­rın ke­çir­di­yi bey­nəl­xalq fes­ti­val­lar­da belə azər­bay­can­çı­lıq ide­ya­la­rı la­yiq­li şə­kil­də təb­liğ olu­nur: «Bu gün dövlətimiz tərəfindən dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın yaratdıqları diaspor təşkilatları, gənc soydaşlarımızın ictimai təşkilatları, Azərbaycan icmaları, cəmiyyətləri və birlikləri ilə ölkəmiz arasında, o cümlədən təşkilatların özləri arasında əlaqələrin möhkəmləndirilməsi və həmrəyliyin qorunması məqsədilə davamlı strateji işlər aparılır. Baş verən proseslərin gedişatı istər Azərbaycan vətəndaşı, istərsə də xarici ölkənin vətəndaşı kimi xaricdə yaşayan həmvətənlilərimiz ilə sistemli işin təşkil edilməsi üçün xüsusi bir dövlət qurumunun yaradılmasını vacib etmişdir».

Ekspert bildirib ki, bu günkü reallıqda müasir beynəlxalq sistemdə diaspor anlayışı artıq xarici siyasətin və beynəlxalq münasibətlərin vacib elementinə çevrilmişdir: «Bu səbəbdən irəli gələrək qloballaşan dünyanın reallıqları diaspor ilə iş sahəsində Azərbaycanın və digər dövlətlərin qarşısında yeni vəzifələr qoyur. Xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri, diaspor təşkilatlarının beynəlxalq siyasətdə artan rolu bu sahədə daha genişmiqyaslı fəaliyyətlərin həyata keçirilməsini vacib edir. Azərbaycan diasporunun fəaliyyətində xaricdə yaşayan, təhsil alan və işləyən azərbaycanlı gənclərin təşkilatlanması xüsusi yer tutur. Təqdirəlayiq haldır ki, gənclərimiz xarici ölkələrdə təşkilatlanaraq Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, milli-mənəvi dəyərlərimizin qorunması, zəngin mədəni irsimizin təbliğ edilməsi işinə öz töhfələrini verərək, könüllü şəkildə diaspor quruculuğu işində fəal iştirak edirlər. Gənc soydaşlarımız təsis etdikləri ictimai təşkilatlar vasitəsilə yaşadıqları ölkələrin dövlət orqanları, qeyri-hökumət təşkilatları, ictimai xadimləri və kütləvi informasiya vasitələri ilə sıx əlaqələr qurur, Azərbaycanın həmin dövlətlər ilə əməkdaşlıq əlaqələrinin və dostluq münasibətlərinin inkişafında müstəsna rol oynayırlar».

X.Hüseynov vurğulayıb ki, lobbiçilik fəaliyyətinin həyata keçirilməsində gənclərin maraqlı ideyalar və təşəbbüslər ilə çıxış etməsi bu sahədə yeni nailiyyətlər qazanmağa imkanlar açır: «Bu səbəbdən də ölkəmizin maraqlarının müdafiəsində gənclərin fəal iştirakının təmin edilməsi gənclər ilə bağlı həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri hesab edilir. Hazırda dünyanın beş qitəsində, fərqli ölkələrdə Almaniya, Böyük Britaniya, Fransa, Gürcüstan, İsveç, Latviya, Macarıstan, Niderland, Norveç, Kanada, Rumıniya, Rusiya, Türkiyə, Ukrayna və digərlərində azərbaycanlı gənclərin təsis etdiyi ictimai təşkilatlar layiqincə fəaliyyət göstərə bilirlər. Bu təşkilatlar azərbaycanlı gəncləri bir araya gətirərək onların şəbəkələşməsinə, diaspor və lobbiçilik işində birgə fəaliyyət göstərməsinə şərait yaradır. Həmin təşkilatlar vasitəsilə gənclər Xocalı, 31 mart soyqırımları, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin yaşadıqları ölkələrin ictimaiyyətinə, hökumət üzvlərinə, beynəlxalq təşkilatlara, kütləvi informasiya vasitələrinə çatdırılması məqsədi ilə müxtəlif kampaniyalar təşkil edir, elmi-praktiki konfranslar və etiraz aksiyaları keçirirlər».

Ekspert deyib ki, dövlətimiz tərəfindən yaradılan geniş imkanlar və göstərilən dəstək nəticəsində gənclərin lobbiçilik fəaliyyətinin miqyası genişləndikcə gənclər arasında beynəlxalq əlaqələrin kəmiyyət və keyfiyyət göstəriciləri inkişaf edir və bu da öz növbəsində dövlətlər arasında əməkdaşlıq əlaqələrinin, siyasi və iqtisadi münasibətlərin inkişafına müsbət təsir göstərir: «Dünyanın əksər ölkələrində fəaliyyət göstərən gənclərin diaspor təşkilatları eyni məqsədə və amala xidmət edərək Azərbaycanın qeyri-rəsmi səfirləri kimi onun təmsilçiliyində, beynəlxalq əlaqələrinin genişləndirilməsində və dövlətlər arasındakı münasibətlərin inkişafında xüsusi rol oynayırlar. Bu təşkilatların şəbəkələşməsi, onların diaspora və lobbiçilik işində iştirakının artırılması Azərbaycanın təbliği və informasiya müharibəsində layiqli yer tutmasına geniş imkanlar yaradır. Xüsusi qeyd olunmalıdır ki, diaspor quruculuğunda və Azərbaycan həqiqətlərinin təbliğ edilməsində gənclərin fəaliyyətinin genişləndirilməsi, mədəniyyətlərarası dialoqun inkişafında onların rolunun artırılması, xaricdə yaşayan azərbaycanlı gənclərin cəmiyyətə inteqrasiyası dövlətimiz tərəfindən daim diqqətdə saxlanılan məsələlərdir. Çünki bu günün gəncləri məyyən zamandan sonra dövlətin həm daxili inkişafını, həm də xarici siyasət vektorunu müəyyən edən gələcək elitanın bir hissəsinə çevriləcək potensialdır. Bunun üçün də onların inkişafına və fəaliyyətinə hər cür dəstək, dövlətimizin güclənməsinə və inkişafına yaradılan zəmindir».

Cavanşir QƏDİMOV

Azərbaycanın Qurtuluş günü tarixi: Milli maraqlar və təhlükəsizlik



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?