• 5 İyun 2020
  • Dollar: 1.7 , Avro: 1.912 , Rus rublu: 0.026 Türk lirəsi: 0.2915

İranda daha 51 nəfər koronavirusdan ölüb

15:17 22/05/20 | Dünya

İranda ötәn sutka әrzindә 51 nәfәr koronavirusdan (COVID19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin rәhbәri Kiyanuş Cahanpur deyib.

K.Cahanpurun sözlərinə görə, belәliklә İranda bu virusdan ölәnlәrin sayı 7 300 nәfәrә çatıb.

Cahanpur әlavә edib ki, ötәn sutka әrzindә daha 2 311 nәfәrin koronavirusa yoluxması ilә İranda bu virusa yoluxanların sayı 131 652 nәfәrә yüksәlib. Onlardan 2 659 nәfәrin vәziyyәti ağırdır.

Nazirlik rәsmisi indiyәdәk 102 276 nәfәrin koronavirusdan sağaldığını deyib.

İranda indiyәdәk 763 mindәn çox diaqnoz testi hәyata keçirilib. Cahanpur bildirib ki, ötәn sutka әrzindә 12 vilayәtdә ölüm halı qeydә alınmayıb vә 6 vilayәtin hәr birindә 1 nәfәr ölüb.

Çəkilən zəhmətin şirin bəhrəsi



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?