• 5 İyun 2020
  • Dollar: 1.7 , Avro: 1.912 , Rus rublu: 0.026 Türk lirəsi: 0.2915

Bakının 4 rayonunda koronavirusa yoluxma daha çoxdur

18:00 22/05/20 | Sosial

“Gəncə, Bakı, Lənkəran, Salyan, Yevlax, Neftçala, Sumqayıt, Cəlilabad, Kürdəmir, Samux, Ağstafa və Göyçayda yoluxma halları daha yüksəkdir ”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

 R. Bayramlı deyib ki, Yevlaxda 83 nəfər yoluxub və bu da aktiv halların 6 faizini təşkil etməkdədir: “Bu rayonlarda tibbi qurumların fəaliyyəti daha da gücləndirilməlidir". 

TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, Bakıda Yasamal rayonunda 16 faiz, Nəsimidə 14 faiz, Sabunçuda 13,8 faiz, Nərimanovda 11,3 faiz yoluxma qeydə alınıb.

Ad özünü doğruldanda və ya Elçin dünyası



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?