• 5 İyun 2020
  • Dollar: 1.7 , Avro: 1.912 , Rus rublu: 0.026 Türk lirəsi: 0.2915

Həftə sonları küçəyə çıxmanın məhdudlaşdırılması qaydaları hazırlanıb

19:00 22/05/20 | Sosial

“Bu pandemiyanın nə qədər davam edəcəyini bilmirik”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, tibbi maska və sosial məsafənin - ən az 1,5 metr məsafənin qorunması vacibdir: “Qapalı məkanlarda bu qaydalara tam riayət edilmədir. Açıq məkanlarda isə növbələr zamanı həm maska taxılması, həm də sosial məsafə gözlənilməlimdir. Əgər yoluxma səviyyəsi artsa, yenidən sərt karantin rejiminə gedə bilərik”.

TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, tibbi bölmə tərəfindən həftə sonları küçəyə çıxmanın məhdudlaşdırılması barədə qaydalar hazırlanıb: “Bu həftə buna getmədik. Ancaq epidemioloji vəziyyət dəyişərsə, bu məhdudlaşmanın tətbiqi önümüzdəki həftə yenə müzakirə oluna bilər. Bir çox ölkədən fərqli olaraq, həftə sonu hərəkətə qadağan tətbiq olunmur və vətəndaşlarımız da anlayışlı olmalıdırlar”.

Ermənistan deməyə söz tapmadığı vaxtda Azərbaycandakı anti-erməni hissiyyatı mövzusunu gündəmə gətirməyə çalışır - Leyla Abdullayeva



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?