• 5 İyun 2020
  • Dollar: 1.7 , Avro: 1.912 , Rus rublu: 0.026 Türk lirəsi: 0.2915

Vətən bizi bağışlama!

10:15 23/05/20 | Sosial

Heç Qarabağda olmamışam. Amma bir anlıq xəyalımda canlandırırdım. Cənnət kimi bir məkanda, dağ çiçəklərinin, otlarının, ağaclarının ətri məni o qədər bihuş edirdi ki, ayaq ustə yatmışdım. Ancaq çal-çağır, çığır-bağır səsi bu füsunkar təbiətin ləzzətini dadmağı mənə imkan vermirdi. Başımı qaldırdımki görüm nə məsələdi. Axı kim "Odlar yurdu"nun od övladını narahat edir? Baxdım ki "Cıdır düzü"ndə bir toy bayramdır ki, gəl görəsən.Yallı gedən, oxuyan, oynuyan, kabab çəkən vur-çatlasındı. Musiqi xoşuma gəldi "Qara Zurna", qoşa "Nağara", Azərbaycan rəqsləri, mahnıları, amma heç kimi tanımıram.

Musiqi bizim olsa da adamlar bizimkilərə oxşamırdılar. Çünki, adamdan çox "adamcığa" oxşayırdılar. Bu insanabənzərin birini çağırdımki nə məsələdi, nə şənlikdir? 

Ara bu gün, «Artsax»ın prezidentinin inaqurasiyasıdı, bizim üçün belə məclis düzəldib. Ara vur. Mən nə bilim ki, bu araq vurmağı deyir, elə bildim deyir, məni vur. Məndə əlimi boş qoyub buna bir yumruq vurdum. Kaş ki, vurmaz olardım. Bu qandan qorxan erməni necə anqırdısa, orda olan Quqasyan, Paşinyan, Sarkisyan, o biri yanlar elə gəlirdilərki üstümə elə bil sel gəlir. Uğultu, gurultu, çığırtı, bağırtı bir sözünən üsyandır. Fikirləşdim yaxşı ki, biz bəzilərinin sözünə qulaq asıb raketlə vurmamışıq.

Səs küyə diksinərək ayıldım ki, "Şuşa şəhərciyi"ndəki kirayə qaldığım evin ətrafı insanlarla doludur. Tez tələsik çıxdım bayıra. Birindən soruşdum ki, nə olub, yəqin mənim gördüyüm yuxu çindi, bunlar da etiraz edirlər? Dedi hə etiraz edirlər, amma sənin yuxuda gördüyünə yox, təzə "kuxna" mebelinin yubanmasına…

Qəlbimdən bir anlıq qara qanlar axmağa başladı. İçimdən isə bir səs hey deyirdi: VƏTƏN, Ata yurdum Azərbaycan, bizi bağışlama!.

Ədib İSAOĞLU

Hələ də pandemiyaya laqeyd yanaşan vətəndaşlarımız var



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?