• 3 İyun 2020
  • Dollar: 1.7 , Avro: 1.9001 , Rus rublu: 0.0259 Türk lirəsi: 0.2903

Vahiməli yuxu

10:06 23/05/20 | Digər

Adım Van Çundur. Ailəmizlə Çinin Uhan şəhərində yaşayırdıq. Babamı və nənəmi görmək üçün Şanxay şəhərinə getmişdim, 5 gündən sonra evimizə qayıtdım. Evdə nə atam-anam, nə də iki bacımın heç biri yox idi. Düşündüm ki, bu gün bazar günüdür. Bəlkə gəzintiyə çıxıblar.

Uzaq yol gəldiyim üçün yorğun idim, boş çarpayıda uzanıb bir qədər dincəlmək istədim. Yorğun olduğum üçün yuxu məni apardı. Yuxuda gördüm ki, hər tərəf qaranlıqdır. Evdə olan əşyalar da çətinliklə seçilirdi. Mən yatdığım otaqda çarpayımdan bir az aralı üzünü görə bilmədiyim nəhəng bir varlıq gəzinirdi. Soruşdum:

- Kimsən, nəçisən, bizim evdə nə gəzirsən?
- Məgər mənim kim olduğumu bilmirsən?
- Bilmiş olsaydım, səndən soruşmazdım.
- Mən sənin ailə üzvlərini məhv edənəm.

Onun səsində bir vahimə var idi. Mən ondan soruşdum ki, bizim ailənin sənə nə pisliyi keçib. O isə cavabında dedi:

- Nə pisliyim keçdiyini Çinin məni laboratoriyalarda yaradan çinli alimlərdən soruş. Məni yaradıb, adımı təhlükəli bəla – koronavirus (Covid-19) adlandırıblar. Sənin bəxtin onda gətirib ki, o zaman evdə olmamısan. Əgər cəsarətin varsa, çinli alimlərdən soruş ki, onların məni yaratmaqda məqsədləri nədir. Çinin öz ərazisindən neçə min kilometrlərlə uzaq məsafədə yerləşən böyük iqtisadi mailiyyə və hərbi gücə malik ABŞ kimi dövlətlə mübarizə aparır, məni kimin yaratdıqlarıyla bağlı bir-birlərini ittiham edirlər. Elə Rusiya dövləti də, həmin dövlətlər kimi kiçik ölkələr üzərində hökmranlıq etmək üçün keçmiş babalarının yoluna davam etdirir. Qərbi Avropada İngiltərə, Almaniya, Fransa, İtaliya, İspaniya, Portuqaliya, Hollandiya kimi dövlətlər də öz ölkələrindən uzaqda, Amerika qitəsində Afrika, Asiya, Avstraliya hətta buzla örtülmüş Antraktida kimi əraziləri də aralarında böluşdürmək uğrunda mubarizə edirlər.

Mən qorxsam da, cürət tapıb soruşdum:

- Bizim ölkədə ancaq bizim ailəni qırmısan, yoxsa başqa ailələri də?

- Sizin ailədən başqa minlərlə çinlini məhv etmişəm və on minlərlə insanı xəstəliyə düçar edib, sonra Rusiya torpağında qırğınlar törədəcəm. Qərbi Avropaya doğru yolumu davam etdirib, sonra ABŞ-da qurtaracam. Qoy həmin dövlətlərin başçıları bilsin ki, hərbi silahlara sərf etdiyi milyardlar, milyonlar mənim qarşımda heç bir əhəmiyyət kəsb etmir. Böyük və güclü dövlətlər tərəfindən buraxılan raketlər eyni zamanda qitələrarası uçan on minlərlə təyyarələr bir neçə kilometr yüksəklikdən uçaraq hörümçək toruna oxşar bir görüntü yaradır. Onların zəhərli qaz tüstüləri atmosferin ozon təbəqəsinin deşilməsinə səbəb olur və bunun nəticəsidir ki, təbiət qanunlarının tarazlığının pozulması ilə bağlı sellər, daşqınlar, torpaq sürüşmələri və meşə yanğınları baş verir. Dünyanın hərbi gücə malik dövlətləri silahlanma üçün sərf etdikləri vəsaitləri və pulları, müxtəlif qitələrdə yoxsul, ac-yalavac insanların yaxşı yaşamasına sərf etsələr bu böyük insanlıq yolu olardı. Həmin silahlar bir gün öz əhalisinin də məhvinə səbəb ola bilər. Mən həmin dövlətləri ədalətli olmağa çağırıram, - deyərək çarpayını möhkəm silkələdi. Mən qorxudan dəhşətə gəlib, elə qışqırdım ki, öz səsimə oyandım. Bu vahiməli yuxudan ayıldım, özümə gəldim və buna sevindim.

EVDƏN ÇIXMA, EVDƏ QAL

Dua edib Allaha,
Yol al üzü sabaha,
Al sözümü bir daha,
Evdən çıxma, evdə qal.

Et Allaha ibadət,
Göstər xalqa sədaqət,
Bu tələbə et adət,
Evdən çıxma, evdə qal.

Əməl et, qal salamat,
Deyir ellik, camaat,
Oyna evdə nərd, şahmat,
Evdən çıxma, evdə qal.

Çıxma çölə, həyətə,
Ziyan verər səhhətə,
Qalx! Dəstək ol dövlətə,
Evdən çıxma, evdə qal.

Qoru özün, özünü,
Dərk et sözün düzünü,
Eşit yaşlı sözünü,
Evdən çıxma, evdə qal.

Çal kamanı, çal tarı,
Gözəlim de, sev yarı,
Budur dövrün qərarı,
Evdən çıxma, evdə qal.

Birlikdə güclüyük biz,
Azərbaycan fəxrimiz,
Tələb edir dövrümüz,
Evdən çıxma, evdə qal.

Axtarma boş əyləncə,
İşlət ağıl, düşüncə,
Kitab oxu sakitcə,
Evdən çıxma, evdə qal.

Məhv eləyək düşməni,
Uca tutaq Vətəni,
Sən məni sev, mən səni,
Evdən çıxma, evdə qal.

Oqtay, qayıt özünə,
Yan Vətən, od-közünə,
Əməl elə sözünə,
Evdən çıxma, evdə qal.

Oqtay ZƏNGİLANLI

Prezident İlham Əliyev Ağdam rayonu ərazisindəki “N” saylı hərbi hissədə olub



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?