• 29 May 2020
  • Dollar: 1.7 , Avro: 1.8981 , Rus rublu: 0.0263 Türk lirəsi: 0.2814

"Alov qüllələri" yaxınlığında yanğın baş verməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir - FHN

13:11 23/05/20 | Sosial

"Bu gün bir sıra internet saytları və sosial şəbəkə səhifələrində guya Bakıda "Alov qüllələri" adlanan ərazinin yaxınlığında “güclü yanğın” baş verməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb".

Bu barədə Azadaz.com-a Fövqəladə Hallar Nazirlyinin Mətbuat xidmətindən bildirilib.

Nazirlik qeyd olunan məsələ ilə bağlı bildirir ki, göstərilən ərazidə heç bir yanğın hadisəsi baş verməyib və yayılan video və şəkillər bir neçə il əvvəl baş vermiş hadisənin görüntüləridir.

"Bununla bağlı kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərinə bir daha müraciət edərək hər hansı hadisə barədə daxil olan məlumatları yaymazdan əvvəl FHN-in Mətbuat xidməti ilə dəqiqləşdirməyə və həqiqətə uyğun olmayan məlumatları yaymamağa çağırırıq", - deyə Mətbuat xidməti qeyd edib.


Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?