• 29 May 2020
  • Dollar: 1.7 , Avro: 1.8981 , Rus rublu: 0.0263 Türk lirəsi: 0.2814

Vatikanda muzeylər iyunun 1-dən açılacaq

15:30 23/05/20 | Dünya

Vatikanda muzeylər iyunun 1-dən etibarən yenidən ictimaiyyətə açılacaq. Bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb. 

"3 aylıq fasilədən sonra iyunun 1-dən etibarən Vatikan muzeylərini ziyarət etmək yenidən mümkün olacaq", - deyə məlumatda qeyd olunub. 

Bildirilib ki, muzeylerə baş çəkmək öncədən sifariş edilmiş bilet əsasında olacaq. Muzeylərin iş saatı da uzadılacaq. 

Martın 9-dan bəri Vatikanda muzeylər koronavirus pandemiyası ilə əlaqədar bağlanmışdı. 

Qeyd edək ki, mayın 18-dən İtaliyada muzeylər tədricən öz fəaliyyətini bərpa etməyə başlayıb. Mayın 28-də Kolizeyin, iyunun 3-də isə Florensiyadakı məşhur Uffizi Qalareyasının açılacağı bildirilib. İyunun 3-də isə Aİ vətəndaşları, Şengen zonasına daxil olan ölkələrin və Böyük Britaniya vətəndaşlarının İtaliyaya girişinə icazə veriləcək.


Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?