• 29 May 2020
  • Dollar: 1.7 , Avro: 1.8981 , Rus rublu: 0.0263 Türk lirəsi: 0.2814

Türkiyədə koronavirusdan daha 32 nəfər ölüb

21:50 23/05/20 | Dünya

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 32 nəfər ölüb. Bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb. 

Nazir qeyd edib ki, son 24 saatda 40178 şübhəli koronavirus testindən keçib, onlardan 1186-nın  cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan  indiyədək 4308 nəfər ölüb, 155686 nəfər bu infeksiyaya yoluxub, 117602 nəfəri isə müalicə olunub. Bu gün 1491 xəstə evə buraxılıb.


Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?