• 2 İyul 2020
  • Dollar: 1.7 , Avro: 1.919 , Rus rublu: 0.027 Türk lirəsi: 0.3006

Əlcəzair lideri Prezident İlham Əliyevi təbrik edib

17:59 28/05/20 | Siyasət

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Azadaz.com-un məlumatına görə, məktubda deyilir:

“Hörmətli Prezident, dost Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Əlcəzair xalqı adından və şəxsən öz adımdan Zati-alinizə və xalqınıza səmimi təbriklərimi, cansağlığı və firavanlıq arzularımı çatdırıram. Bu əlamətdar günün yaratdığı fürsətdən istifadə edərək ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin səviyyəsindən məmnun qaldığımızı, müxtəlif sahələrdə əlaqələrin gücləndirilməsində və iki qardaş xalqın maraqlarına xidmət edən münasibətlərin ən yüksək səviyyəyə yüksəldilməsində maraqlı olduğumuzu qeyd etmək istəyirəm.

Ortaq maraqların olduğu beynəlxalq və regional məsələlərin həllinə, xüsusilə Qoşulmama Hərəkatına sədrliyiniz çərçivəsində əlaqələrimizi davam etdirməyə hazır olduğumuzu bir daha bildirmək istəyirəm. Bu, sülhün, təhlükəsizliyin, sağlam yaşayışın təmin olunmasına xidmət edəcək əməkdaşlığın gücləndirilməsi baxımından önəmlidir”.

Xüsusi karantin rejiminin pozulması halları hələ də qeydə alınır - Nazir



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?