• 2 İyul 2020
  • Dollar: 1.7 , Avro: 1.919 , Rus rublu: 0.027 Türk lirəsi: 0.3006

Brüsseldə ADR-in yaradılmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib

19:00 28/05/20 | Xarici Siyasət

Bu gün Brüssel şəhərində yerləşən Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi təşkilatçılığı ilə Avropa İttifaqı (Aİ) yanında Nümayəndəliyinin binasında Azərbaycan Demokratik Respublikasının (ADR) yaradılmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib.

Səfirlikdən Azadaz.com-a verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfiri, Avropa İttifaqı yanında missiyanın rəhbəri Fuad İsgəndərov çıxış edərək, yaradılmasının 102-ci ildönümünü qeyd edən Azərbaycan Demokratik Respublikasının milli tarixidə tutduğu mühüm yerdən bəhs edərək, Azərbaycanın diplomatik xidmətinin təsis edilməsinin də məhz Cümhuriyyət dövrünə təsadüf etdiyini vurğulayıb və səfirliyin kollektivini bu əlamətdar gün münasibətilə təbrik edib.

Qeyd edək ki, 28 may – Respublika Gününə həsr olunan tədbirlər çərçivəsində səfirlik tərəfindən Azərbaycan Demokratik Respublikasının yaradılmasının 102-ci ildönümündə Azərbaycanın Aİ ölkələri ilə həmrəyliyini nümayiş etdirən xüsusi video-çarx hazırlanaraq səfirliyin rəsmi internet səhifəsi, o cümlədən rəsmi “Twitter” və “Facebook” kanalları üzərindən yayımlanıb.

 

Təhsil Nazirliyi: Əcnəbi tələbələrin qəbulu məsələsində universitetlərə muxtariyyət verilib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?