• 13 İyul 2020
  • Dollar: 1.7 , Avro: 1.9162 , Rus rublu: 0.027 Türk lirəsi: 0.2989

Bakıda gözəllik salonunda qətl törədilib - Baş Prokurorluq

14:33 29/05/20 | Sosial

Mayın 28-də  saat 13 radələrində 1983-cü il təvəllüdlü Bakı şəhər sakini Nurana Qədimovanın işlədiyi Ramana qəsəbəsində yerləşən gözəllik salonunda bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Azadaz.com xəbər verir ki, faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Rayonun prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin zərərçəkmişin əri 1973-cü il təvəllüdlü Rüstəm Qasımov tərəfindən qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

"Beynəlxalq ictimaiyyəti Ermənistanın sərhəddə törətdiyi təxribatı kəskin şəkildə qınamağa çağırırıq" - Prezidentin köməkçisi



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?