• 2 İyul 2020
  • Dollar: 1.7 , Avro: 1.919 , Rus rublu: 0.027 Türk lirəsi: 0.3006

Sabah 38 dərəcəyə qədər isti olacaq

13:50 02/06/20 | Sosial

Sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 29-32, Bakıda gecə 20-22, gündüz 30-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

İyunun 3-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti olacaq.

İyunun 3-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Təhsil Nazirliyi: Əcnəbi tələbələrin qəbulu məsələsində universitetlərə muxtariyyət verilib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?