• 2 İyul 2020
  • Dollar: 1.7 , Avro: 1.919 , Rus rublu: 0.027 Türk lirəsi: 0.3006

Ermənistanda ilk dəfə koronavirusa yoluxmuş 4 yaşlı uşaqda Kavasaki sindromu qeydə alınıb

14:18 03/06/20 | Dünya

Ermənistanda ilk dəfə koronavirusa yoluxmuş 4 yaşlı uşaqda Kavasaki sindromu qeyd alınıb.

Bunu ölkənin səhiyyə naziri Arsen Torosyan deyib.

O bildirib ki, uşağın vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, Kavasaki sindromu uşaqlarda çoxsistemli iltihab sindromuna bənzər simptomlarla keçir. Bunlar arasında yüksək temperatur, qusma, qarın ağrısı, səpmə kimi simptomlar yer alır.

Koronarivus pandemiyası fonunda Kavasaki sindromundan ilk uşaq ölümü mayın 7-də Fransada qeydə alınmışdı.

Bundan başqa, son sutka ərzində Cənubi Koreyada iki uşaqda, 11 yaşlı oğlan və 4 yaşlı qızda Kavasaki sindromu aşkar edilib.

Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində polis günü münasibətilə paylaşım edilib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?