• 2 İyul 2020
  • Dollar: 1.7 , Avro: 1.919 , Rus rublu: 0.027 Türk lirəsi: 0.3006

AXC-nin 102-ci ildönümü münasibətilə Peru Konqresi təbrik bəyanatı qəbul edib

14:49 03/06/20 | Siyasət

Mayın 28-də Peru Konqresi sədrinin ikinci müavini Gilyermo Aliaqa Paxaresin təşəbbüsü əsasında bu qanunvericilik orqanında Respublika Günü münasibətilə ölkəmizə ünvanlanan təbrik bəyanatı qəbul edilib.

Azərbaycanın Perudakı Səfirliyindən verilən məlumata görə, bəyanatda 1918-ci ilin 28 may tarixində yaradılmış AXC-nin Şərq dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət, eyni zamanda ilk parlamentli respublika olduğu qeyd olunur və bu əlamətdar günün xalqımız üçün önəmi vurğulanır.

Ardınca Perunun ölkəmizlə sıx dostluq əlaqələrinin olduğu bildirilir, Azərbaycan xalqına və ölkə rəhbərliyinə demokratiyanın möhkəmləndirilməsi yolunda gördüyü işlərə görə ehtiram ifadə edilir.

Sonda AXC-nin 102-ci ildönümü münasibətilə Peru Konqresi adından ölkəmizə təbrik ifadə olunur.

Təhsil Nazirliyi: Əcnəbi tələbələrin qəbulu məsələsində universitetlərə muxtariyyət verilib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?