• 2018.12.15

Ağsuda cari mövsümdə 5000 tondan çox pambıq istehsalı gözlənilir

Baxış sayı: 85
06:00 22/08/18 | Regionlar

Ağsu rayonunda pambıq yığımı kampaniyasına hazırlıq işləri başa çatdırılır.

Rayon kənd təsərrüfatı idarəsindən bildirilib ki, cari mövsümdə bölgədə 2600 hektar sahədə məhsul yetişdirilir. Pambıq kollarında artıq daban qozalar açılır. Sentyabrın əvvəllərindən kütləvi surətdə məhsul yığımına başlanılacaq.

Pambığın təqribən 70 faizinin maşınlarla yığılması nəzərdə tutulur. Bu məqsədlə 6 ədəd pambıqyığan maşın start vəziyyətindədir. Məhsulun qalan hissəsi isə əl ilə toplanacaq. Bunun üçün 2500-3000 nəfərədək işçi qüvvəsi səfərbər olunacaq.

Məhsul yığımına hazırlıqla əlaqədar kifayət qədər lazımi texnika hazırlanıb. Texnikanın normal hərəkəti üçün tarlaların kənar hissələri hamarlanıb.

Qeyd edək ki, rayonun əksər ərazilərində, o cümlədən daha çox pambıq əkilən Kəndoba, Çaparlı, Bozavand, Rəhimli, Ərəbuşağı və digər ərazi vahidlərində sahələrdən yüksək məhsul gözlənilir. Ümumiyyətlə, bu il rayon üzrə 5000 tondan çox “ağ qızıl” tədarük olunacağı proqnozlaşdırılır.