• 2018.11.21

FIFA prezidenti ABŞ-ın dövlət başçısına qırmızı kart hədiyyə edib

Baxış sayı: 47
10:00 29/08/18 | Gündəm

ABŞ Prezidenti Donald Tramp Ağ evdə Beynəlxalq Futbol Federasiyasının (FIFA) rəhbəri Canni İnfantino ilə görüşüb. Görüşdə 2026-cı ildə Birləşmiş Ştatların Meksika və Kanada ilə birgə keçirəcəyi dünya çempionatına hazırlıq məsələləri müzakirə olunub.

Azadaz BBC-yə istinadla xəbər verir ki, İnfantino “Oval kabinetin” sahibinə “26” nömrəli futbol köynəyi və hakimlərin istifadə etdikləri kartları təqdim edib. FIFA prezidenti izah edib ki, sarı və qırmızı kartlar futbolçulara xəbərdarlıq və diskvalifikasiya üçün göstərilir. İnfantino zarafatla əlavə edib ki, onlar ABŞ Prezidentinə jurnalistlərlə ünsiyyət zamanı lazım ola bilər. Hədiyyədən dərhal istifadə edən Tramp isə qırmızı kartı seçib və jurnalistlərə göstərib.

FIFA prezidenti bu il Rusiyada dünya çempionatının uğurla keçdiyini qeyd edib və Amerika mundialının ondan geri qalmayacağına əminliyini bildirib.