• 23 Sentyabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8799 , Rus rublu: 0.0265 Türk lirəsi: 0.2973

Azərbaycan musiqiçiləri Gürcüstanda keçiriləcək beynəlxalq festivalda iştirak edəcəklər

13:30 30/08/18 | Mədəniyyət

Sentyabrın 1-2-də Gürcüstanda Cənubi Qafqaz ölkələrindən, eləcə də İran, ABŞ, Polşa və Seneqaldan olan musiqiçilərin iştirakı ilə “One Caucasus-2018” beynəlxalq musiqi festivalı keçiriləcək. Beşinci dəfədir təşkil olunan festivalın əsas məqsədi Cənubi Qafqazda yaşayan gəncləri ruhlandırmaq, dinc, sabit və təhlükəsiz bölgə yaratmaqdır.

Azadaz xəbər verir ki, festival bu il azərbaycanlıların yığcam yaşadıqları Bolnisi rayonunun Poladauri kəndində keçiriləcək. Ötən il isə Marneuli rayonunun Tserakvi kəndində təşkil olunub.

Azərbaycanı festivalda “Eurovision-2017” mahnı müsabiqəsinin iştirakçısı Diana Hacıyeva təmsil edəcək. Onu DiHaj elektron musiqi qrupu və H3Collectiv qrupu müşayiət edəcək.

Festival çərçivəsində xalq sənəti nümunələrinin yarmarkası, filmlərin nümayişi və mövzu üzrə seminarların təşkili də nəzərdə tutulur.

 

Xətayi Əzizov


Facebook

Instagram

Youtube

SORĞU


test