• 2018.11.21

İspaniyada kilsələri talayırlar

Baxış sayı: 46
14:00 30/08/18 | Dünya

Tarix və memarlıq irsinin talanması İspaniyada aktual problemdir. Son faktlardan biri kimi Soriya əyalətində başlı-başına buraxılmış Merkadera qəsəbəsini göstərmək olar.

Azadaz xəbər verir ki, Merkaderanın əhalisi 1970-ci illərdən azalmağa başlayıb və son illər qəsəbədə sakin qalmayıb. IX əsrə aid edilən yerli kilsə isə talanıb. Binanın giriş qapıları, kupel, rəsmlər yoxa çıxıb, bir neçə gün bundan əvvəl isə sütunlu eyvan və zəng qülləsi viran edilib.

Kastiliya və Leonda boşaldılmış xeyli kənd və qəsəbə yoxolma həddindədir. Bununla yanaşı, onların əksəriyyətində tarixi-mədəni sərvətlər kimi tanınan binalar mövcuddur. İlk növbədə, bunlar oğruları cəlb edən məbədlərdir. Müvafiq obyektlərdən oğurluq edənləri 2-5 il müddətinə həbs gözləyir. Xüsusi mühafizə altında obyektlər olduğu təqdirdə həbs müddəti artırıla bilər.

İspaniya ərazisində olan 307 məbəd təhlükə altında yerləşən irsi abidələrə aid edilir.

Nigar Cəfərli