• 9 Avqust 2020
  • Dollar: 1.7 , Avro: 1.9032 , Rus rublu: 0.0261 Türk lirəsi: 0.3104

İtaliya COVID-19-a yoluxma sayına görə ilk onluğu tərk edib, onun yerini İran tutub

15:16 07/07/20 | Dünya

İtaliya yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma sayına görə ilk onluğu tərk edib, onun yerini isə İran tutub. Bu barədə TASS məlumat yayıb.

Koronavirusa yoluxma sayına görə ilk onluqda Avropa ölkələrindən ancaq Böyük Britaniya (7-ci yer) və İspaniya (9-cu yer) yer alıblar.

İlk sırada ABŞ qərarlaşıb. ABŞ-da koronavirusa yoluxanların sayı 3 milyona yaxınlaşmaqdadır, xəstəlikdən ölənlərin sayı isə 130 mindən çoxdur.  

Üçüncü yerdə olan Hindsitanda indiyədək COVID-19-a 700 mindən çox yoluxma qeydə alınıb, 20 min nəfər vəfat edib.

Ümumilikdə isə dünyada virusa yoluxanların sayı 11,6 milyonu ötüb, 538 minə yaxın insan pandemiyanın qurbanı olub.

Caner Erkin “Beşiktaş”dan ayrılıb



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?