• 9 Avqust 2020
  • Dollar: 1.7 , Avro: 1.9056 , Rus rublu: 0.0261 Türk lirəsi: 0.3101

“Vətənimizə virtual səyahət” layihəsi əsasında növbəti tur Lerik rayonuna təşkil olundu

16:20 07/07/20 | Mədəniyyət

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Ölkəmizi tanıyaq” layihəsinin davamı olan “Vətənimizə virtual səyahət” layihəsini həyata keçirir. Layihə çərçivəsində növbəti tur Lerik rayonuna təşkil edilib.

Kitabxanadan Azadaz.com-a verilən məlumata görə, Lerik rayonuna giriş hissəsinin fotosu və ümumi məlumatının əks olunduğu videoçarxda rayonun təbiətinə aid rəngarəng fotolar toplanmış və təsvir edilmişdir.

Təbiətinin ayrılmaz hissəsini təşkil edən Rəzvənəbad, Band, Xanagah, Kekonu, Tarkan, Daster, Vamazqon, Tikəbənd, Bilnə kimi yamyaşıl gözəlliyi özündə əks etdirən meşələrinin, Semaqonu, Qızyurdu, Kömürçay, Talış silsilə dağlarının, Zirvand, Ağ, Vazaru, Günəşli, Orand kimi gur suyu olan çaylarının, Qələbin, Günəşli, Çayrund, Bülüdül kimi şəlalələrinin, Zərinqala, Büzeyir, Yolahani, Xanbulaq, Cam kimi saf suya malik bulaqlarının fotoları videoçarxda yer alır.

Videoçarxda rayonun flora və faunası göstərılir. Bitki və heyvanların siyahısı, onların fotoları izləyicilərə nümayiş olunur.

Lerik rayonunda daş dövrünə məxsus Buzeyir mağarası, XVIII əsrə aid Bobogil, Cabir, Kələ türbələri, “Qız qalası” və “Oğlan qalası”, Xoca Seyid türbəsi (XIV əsr), Lüləkəran, Kəlvəz, Rəzqov, Mistan məscidləri və muzeylər yerləşir.

Videoçarxda uzun ömür yaşayan Şirəli Müslümov (168 yaş), Mahmud Eyvazov (150 yaş), Məcid Ağayev (145 yaş), Qızıl Quliyev (120 yaş) kimi şəxslər qeyd edilir.

Videoçarxda həmçinin ziyarətgahların, müasir binaların, parkların fotoları, görkəmli şəxsiyyətlərin siyahısı təqdim olunur.

Xalçaçılıq, boyaçılıq, toxuculuq, əyriçilik, dəmirçilik, ağac işləmə, misgərlik, nalbəndlik kimi tarixən inkişaf etmiş sənətkarlıq sahələri videoçarxda verilir.

Videoçarxda  Pirəbəndi, Çıçı, Gülüstan, Zeybə, Şirvan, Xırdagül xalçaları da göstərilir.

Mətbəxi ilə şöhrət qazanan Lerik rayonu ləvəngi, əriştə, kükü, borani plov növləri, göy və qarın qutabları, badımcan qiyməsi və digər yeməkləri ilə məşhurdur, videoçarxda onların fotoları əks olunub.

Videoçarx  “Lerik” mahnısı ilə müşayiət olunur.

“Vətənimizə virtual səyahət” layihəsi əsasında hazırlanmış videoçarxlar “Kitabsevər uşaqlar” Facebook səhifəsində və eyniadlı YouTube kanalında yerləşdirilir.

Caner Erkin “Beşiktaş”dan ayrılıb



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?