• 23 Sentyabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8799 , Rus rublu: 0.0265 Türk lirəsi: 0.2973

“Bakı xanlarının evi” bərpa ediləcək

08:30 31/08/18 | Mədəniyyət

XVII-XVIII əsrlərə aid “Bakı xanlarının evi” bərpa ediləcək.

Azadaz xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi qədim abidənin yenidən qurulması, ətrafının abadlaşdırılması və texniki ləvazimatların təchizatı işlərinin satın alınması üçün təkliflər sorğusu elan edib.

Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər sentyabrın 10-u saat 12-dək qəbul olunur.

Qeyd edək ki, “Bakı xanlarının evi” Böyük Qala küçəsi 44, 46, 48 və 50 nömrəli ünvanlarda yerləşir və ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi sayılır.


Facebook

Instagram

Youtube

SORĞU


test