• 12 Avqust 2020
  • Dollar: 1.7 , Avro: 1.9032 , Rus rublu: 0.0261 Türk lirəsi: 0.3104

Sosial şəbəkədə növbəti erməni təxribatının qarşısı alınıb

14:20 18/07/20 | Gündəm

12 iyul 2020 tarixində işğalçı erməni hərbi qüvvələri Azərbaycanın Tovuz istiqamətində qəflətən təxribat xarakterli hücuma keçməyə cəhd göstərmiş və Azərbaycan ordusu tərəfindən layiqli cavab verilmiş və hücum edən tərəf xeyli itkilərlə üzləşmişdir.

Azadaz.com-un məlumatına görə, Ermənilərin təxribat məqsədli cəhdləri nüfuzlu xəbər agentliklərinin əsas mövzsusuna çevrilmiş, sosial şəbəklərdə müzakirələrə səbəb olmuşdur. Xüsusilə, ərəbdilli xəbər agentliklərinə məxsus sosial şəbəkələrdə son hadisələrlə bağlı paylaşılmış xəbərlərin şərh bölməsində ərəbdilli ermənilər Azərbaycanla bağlı yalnış məlumatlar verməklə oxucuları çaşdırmağa çalışmışdır. Lakin Azərbaycan tərəfindən təmsil olunan ərəbşünaslar və ərəb dilini bilən şəxslər könüllü olaraq ermənilərin dezinformasiya xarakterli rəylərinə qətiyyətlə cavab vermiş, Azərbaycanın haqlı mövqeyini bildirən, mötəbər dəlillərə əsaslanan məlumatlar paylaşmışdır.

Azərbaycanlı ərəbşünasların informasiya müharibəsi çərçivəsində qətiyyətli addımları ərəb oxucuları tərəfindən rəğbətlə qarşılanıb.

Azərbaycanda bir gündə 214 nəfər COVID-19-dan sağalıb, 84 nəfər yoluxub, 3 nəfər vəfat edib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?